“BMT-nin sənədlərini mərmiyə yapışdırıb müharibəyə başlamalıyıq”
Fidan Həmişəyeva
14:37 18.06.2020
Qarabağ
1584
Bu qurumun nizamnaməsinə görə Azərbaycanın torpaqlarını azad etmək imkanı var”
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğınlar törədib. Ermənistan ordusunun hərbiçiləri işğal etdikləri Tərtər rayonunun "Üçüncü sovxoz" adlanan ərazisinə od vurub. Alov daha da genişlənərək qoşunların təmas xəttinə yaxınlaşıb.
Bu günə qədər düşmənin tarixi abidələrimizi, milli sərvətlərimizin və torpaqlarımızı talan edib yandırdığının şahidi olmuşuq. Dəfələrlə bu məsələ gündəmə gətirilib işıqlandırılsa da, ortada heç bir nəticə yoxdur. Səbəb beynəlxalq qurumların ikili yanaşmasıdır. Bəs, torpaqlarımızın yandırılması zamanı ölkəmiz özü hansı tədbirlər görməlidir?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələlərlə bağlı dövlət səviyyəsində addımlar atılmalıdır. QAT sədrinin sözlərinə görə, cəmiyyətimizdə dözümsüzlük əhval-ruhiyyəsi var. Hər kəs dövlətimizin müharibəyə başlamasını istəyir:
“Qarabağda gah yallı gedirlər, gah andiçmə mərasimi keçirirlər. Təəssüf ki, bunun qarşısını almağın düzgün formasını tapa bilmirik. Ən azından beynəlxalq təşkilatların qabağında məsələ qaldırılmalıdır ki, yanğınların törədilməsi birbaşa ekologiyaya vurulan zərbədir. Həmin ərazilərin torpaq qatını, bitki örtüyünü, heyvanat aləmini məhv edirlər. Əsas məqsədləri budur. Ona görə də bu məsələlər göz önündədir. Ermənilər göstərmək istəyirlər ki, işğal edilmiş ərazilər onlarındır, ona görə də istədiklərini edə bilərlər”.
A.Nağı bildirib ki, belə halların qarşısını almaq üçün Azərbaycan danışıqlardan tam şəkildə imtina etməlidir:
“1993-cü ildən bu vaxta qədər BMT-nin sənədləri qəbul olunub, amma heç birinin mənası yoxdur. Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sənəd qəbul edirlərsə, bu sənədləri başımızına altında qoyub yatmaq üçün istifadə etməli deyilik. Həmin sənədləri mərminin üzərinə yapşdırıb müharibəyə başlamalıyıq. Çünki sənədələr bizə müharibəni başlamağa imkan verir. Başqa bir yol yoxdur. Çünki torpaq işğal olunubsa, BMT nizamnaməsinə görə Azərbaycanın torpaqlarını azad etmək imkanı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə