BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırıb
12:21 27.09.2020
Qarabağ
592
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xətti boyunca 27 sentyabr 2020-ci il səhər saatlarında başlamış gərginləşmənin humanitar nəticələri barədə narahatdır. Hər iki tərəfdən itkilərin arasında mülkilərin də olduğu bildirilir.
Bu barədə APA-ya BQXK-nın Bakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, BQXK tərəfləri, beynəlxalq humanitar hüququn ən başlıca qaydaları barədə öhdəliklərinə riayət etməklə mülki şəxslərin həyatlarını və mülki infrastruktur obyektlərini qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır: “Biz, bu gərginləşmə nəticəsində təsirə məruz qalan şəxslərə dəstək göstərməyə və neytral vasitəçilik rolumuzu yerinə yetirməyə hazır olduğumuzu bir daha bildiririk. Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə hər bir halda tam riayət etməyə çağırırıq”.
BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri və Dağlıq Qarabağdakı missiyasının vasitəsilə təmas xətti və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya