“Bu “andiçmə” Ermənistanın ilhaqçı siyasətinin təzahürüdür”
Turan
14:12 25.05.2020
Qarabağ
1277
“Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir”
“Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar işğalçıya sanksiya tətbiq etməlidir”
Türkiyənin nüfuzlu KİV-ləri Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilən qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” mərasimi ilə bağlı Azərbaycan tərəfinin kəskin etirazını özündə əks etdirən yazılar dərc edib. Bu ölkənin tanınmış “Ulusal” Televiziyası, “HaberTürk” və “Türkiyə” qəzetləri, “SuperHaber” informasiya portalı məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer ayırmaqla yanaşı, mövzu ilə bağlı azərbaycanlı jurnalist, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə istinad edib.
Bununla bağlı "Sherg.az"a danışan Fərid Şahbazlı deyib ki, o, Türkiyə mediasına açıqlamasında qeyd edib ki, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təşkil edilən qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” mərasiminin heç bir hüquqi qüvvəsi yoxdur.
F.Şahbazlı bu addımın Ermənistanın ilhaqçı siyasətinin növbəti təzahürü olduğunu söyləyib:
"Təşkil olunan qondarma “andiçmə” mərasimi danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistanın separatizmə xidmət edən siyasəti bütün dünya üçün təhlükəli tendensiyadır. Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu fakt Azərbaycana qarşı təxribat olmaqla yanaşı, bölgədə sülhə və sabitliyə qarşı təhdiddir”.
Fərid Şahbazlı Türkiyə mediasına açıqlamasında bildirib ki, saxta “seçki”lər və qondarma “andiçmə mərasimi” Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir:
“Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir”.
Azərbaycanlı jurnalist vurğulayıb ki, Ermənistanın BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır:
“Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm