İllərdir yurd həsrəti çəkirdim, yuxumda görürdüm. Cəbrayıl işğaldan azad olunandan sonra oraya getmişdim, indi isə birdəfəlik köç edirik. Buna görə çox sevinirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Alkərəmova Almaz deyib.
Gənc yaşlarında yurdundan didərgin salındığını bildirən A.Almaz oğlu ilə birgə geri qayıtdığını qeyd edib.