Dayanmaq olmaz
Turan
11:46 10.10.2020
Qarabağ
671
Atəşkəs tələbi ilk növbədə Ermənistanı xilas etmək məqsədi güdür
KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək, Bakının İrəvana qarşı ərazi iddiası yoxdur. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsinin baş katibi Stanislav Zas bildirib. Qurum rəhbəri qeyd edib ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığı bəyan edib və onun suverenliyinə müdaxilə etmir:
“Azərbaycan hakimiyyəti öz xalqı qarşısında kifayət qədər sağlam düşüncəli və məsuliyyətlidir”. Zasın sözlərinə görə, KTMT-nin Nizamnaməsi təşkilata daxil olan ölkənin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir: “Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda - birincisi, təşkilata üzv olan ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə quruma müraciət etməkdə haqlıdır. İkinci hal isə təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla, bütün yardımı göstərir”. Rusiya rəhbəri V.Putindən sonra KTMT sədrinin bu cür açıqlaması da Ermənistanı məyus edib.
Məlum açıqlamanı “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Rusiya Prezidenti Vladimir Putinin və KTMT rəhbərliyinin münaqişəyə qoşulmaq niyyətlərinin olmadıqlarını vurğulamaları əslində beynəlxalq hüququn tələbidir. Analitik vurğulayıb ki, Ermənistan ərazisindən davamlı olaraq şəhərlərimizin vurulması və sivil vətəndaşlarımızın hədəf alınması bizi provakasiyaya çəkmək, Rusiyanı aktiv şəkildə müharibəyə qoşmaq üçündür:
“Canlı itki və dağıntlılar naminə olsa da Azərbaycan Dağlıq Qarabağın azadlığını seçdi və birbaşa Ermənistan ərazisinə cavab zərbələri endirmədi. Lakin bütün beynəlxalq normalara görə Azərbaycanın cavab atəşi açmaq hüququ var. Putinin bu münasibətindən sonra Stanislav Zas KTMT-nin müharibəyə qoşulması ehtimalına nöqtə qoydu.
Çox təəssüf ki, Ermənistan tərəfi namərdcəsinə provakasiyalarını davam etdirərək mülki əhalimizə və böyük şəhərlərimizə raket zərbələri vurmaqda davam edir. Rusiyanın baş naziri Mişustinin Yerevana təcili səfərindən sonra ümid yaranmışdı ki, Moskva mülkilərimizi hədəf alan raket zərbələrinin qarşısını almaqda öz töhfəsini verəcək.
Lakin vəziyyət göz qabağındadır. Ermənistan insanlığın ağlına gəlməyəcək alçaqlıqları törədən və bu niyyətindən əl çəkməyən hiyləgər bir dövlətdir”.
Siyasi şərhçi vurğulayıb ki, hazırda Paşinyanın ağaları Ermənistanı qorumaq və Azərbaycanı durdurmaq üçün müxtəlif yollar axtarırlar:
“Münaqişədə Azərbaycanı dəstəkləyən dövlətlərə təzyiqlər edilir. Almaniya Bundestaqının işğalçının dərhal torpaqlarımızı tərk etməsi barədə qərarından sonra bu ölkənin Xarici İşlər Nazirliyinin fərqli bəyanatı təzyiqlərin göstəricisidir.
Rusiya prezidentinin beynəlxalq hüquqa uyğun münasibət bildirməsinə baxmayaraq, şimal qonşumuzun bütün informasiya agentlikləri, tanınmış siyasətçiləri və aparıcı telekanalları vasitəsilə bizə qarşı alçaqcasına əks təbliğat aparır.
Atəşkəsi qeyd-şərtsiz elan etmək tələbi ilk növbədə Ermənistanı xilas etmək məqsədi güdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm