Deputat: “Azərbaycan işğalla heç zaman barışmayacaq”
Şəymən Bayramova
08:57 31.05.2020
Qarabağ
1498
“Beynəlxalq aləmin Azərbaycana birmənalı dəstəyi var, Azərbaycanı haqq işində dəstəkləyir”
“Ermənilərin isə burada əsas məqsədi Azərbaycana psixoloji təzyiq etmək, ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq idi. Ancaq buna nail ola bilmədilər”
"Son illər ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb. Çadırda ağır şəraitdə yaşayan insanlar ımızevlə təmin olunublar. Bu il 7000-8000 arası insanın evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu fikri bir daha təsdiq edir".
Bu sözləri “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib. Azərbaycanın bu nailiyyətləri qısa müddətdə əldə etdiyini vurğulayan deputat hesab edir ki, dövlət bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütü zəruri tədbirləri həyata keçirir:
"Dünya iqtisadiyyatında baş verən bütün mənfi tendensiyalara baxmayaraq Azərbaycan sosial layihələrə maliyyə dəstəyinin göstərilməsinə davam ediləcək. Bu kateqoriyadan olan insanlara dəstəyini heç zaman əsirgəməyəcək. Azərbaycan işğalla barışmayıb və heç zaman barışmayacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, Ermənistan iqtisadiyyatı isə sürətlə çökür.
Ermənistan regionda həyata keçirilən bir çox mühüm və qlobal layihələrdən kənarda qalıb. Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edərək Dağlıq Qarabağda yenidən təmir-bərpa və quruculuq işləri həyata keçiriləcək. Tikilən binalar və salınan qəsəbələr müvəqqəti xarakter daşıyır. Torpaqlarımızı işğaldan azad edəcək, tarixi abidələrimizi, o cümlədən Şuşa məscidini bərpa edəcəyik. Biz buna mütləq nail olacağıq.
Bu gün Azərbaycan ordusu bölgənin ən güclü və intizamlı ordularından biridir. Müasir texnika və silah-sursatla təmin olunub, mənəvi və fizik baxımdan torpaqlarımızı işğaldan azad etməyə qadirdir".
C. Məmmədovun sözlərinə görə, diplomatiya yolu ilə mümkün olmadığı təqdirdə Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Biz bunu bir neçə dəfə göstərmişik:
"Lələtəpəni, digər əraziləri azad etdiyimiz kimi, digər torpaqlarımızı da tezliklə azad edəcəyik. Azərbaycan işğalla heç zaman barışmayacaq. Bildiyiniz kimi, Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi saxta seçkilər heç bir qurum tərəfindən qəbul edilmədi. Ermənistanın Şuşada keçirdiyi "andiçmə" şousu da dünya birliyi tərəfindən birmənalı qarşılanmadı. Beynəlxalq aləmin Azərbaycana birmənalı dəstəyi var, Azərbaycanı haqq işində dəstəkləyir. Ermənilərin isə burada əsas məqsədi Azərbaycana psixoloji təzyiq etmək, ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq idi. Ancaq buna nail ola bilmədilər və heç zaman nail ola bilməyəcəklər. Ermənistan bununla eyni zamanda, danışıqları pozmaq, vaxt qazanmaq məqsədi daşıyır. Daxili auditoriyaya hesablanmış riyakar addımlar atır. Görüntü yaradır ki, danışıqlar aparır, əslində isə münaqişənin həllində maraqlı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fitrə zəkatı 10-15 AZN arası dəyişə bilər - AÇQLAMA
16:53 17.03.2026
Aktual
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur