Deputatdan cəsarətli açıqlama: “Ermənistanla güc dilində danışmalıyıq” – Düşmən vurulmalıdır !
Fidan Həmişəyeva
10:27 02.09.2020
Qarabağ
1960
“Məhz ona görə də Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır”
“Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır”
“Ermənistanın məskunlaşma siyasətinin qarşısı isə qəti şəkildə alınmalıdır”
Tarixin müxtəlif dövrlərində dünyanın hər yerinə səpələnmiş ermənilər bütün imkanlardan istifadə edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə səy göstəriblər.
Ermənistanın xarici ölkələrdən olan erməniləri işğal edilmiş Dağlıq Qarabağda məskunlaşdırmaq cəhdi yeni məsələ deyil. Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsi düşmənin işğalçılıq və terrorçuluq əməllərinin davamı kimi hesab etmək lazımdır.
Millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, separatçı rejim Livandan qabaq İraq və Suriyadakı gərgin hadisələrdən sui-istifadə edib.
Parlamentari vurğulayıb ki, Ermənistan həmin ölkələrin erməni və kürd kökənli əhalisini işğaldakı Azərbaycan ərazisinə köçürməyə və qanunsuz məskunlaşdırmanı davam etdirməyə nail olub:
“Lakin Qarabağda böyük savaş riski indi buraya dəvət olunanları da ciddi düşünməyə vadar edir. Ermənistanın Livan ermənilərinin Qarabağa köçürülməsində əsas məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaqdır.
Düşmən həmçinin ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə və yeni terror qruplaşmasının yaradılmasına nail olmaq istəyir.
Bu zaman “ASALA” terror təşkilatının yenidən dirçəlməsi və təşkilatın Qarabağda yeni təlim düşərgələri açıb fəaliyyət göstərməsi üçün geniş imkanlar yaranır. Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən “ASALA”-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi günün reallığı ola bilər”.
A.Məmmədov bildirib ki, Azərbaycan baş verənlərə dair Minsk Qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağırışları və beynəlxalq hüququ nəzərə almayacaq:
“Belə olan təqdirdə isə Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışılmalıdır və ciddi zərbələr vurulmalıdır. Məhz ona görə də Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır.
Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı isə qəti şəkildə alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil