Dünya Ermənistana “qırmızı vərəqə” göstərdi - “Seçki oyunu” alınmadı”
Şəymən Bayramova
11:15 10.04.2020
Qarabağ
1380
Qondarma rejimə legitimlik donu geyindirə bilmədilər
“Rejimin “seçki şousu” müharibənin qaçılmazlığını daha da yaxınlaşdırır”
Dağlıq Qarabağda “seçki”lər keçirilməsinə dünya ictimaiyyətinin gözlənilən reaksiyası özünü çox gözlətmədi. “Seçki”lərin nəticəsi heç bir ölkə və qurum tərəfindən tanınmadı, əksinə, pisləndi. Dünya ölkələri, aparıcı beynəlxalq qurumlar qondarma rejimdə keçirilən “seçki”ləri qınayan sərt bəyanatlarla çıxış ediblər. Göründüyü kimi, Ermənilərin Dağlıq Qarabağda “seçki”lər keçirməklə qondarma rejimə legitimlik donu geyindirmək cəhdi bu dəfə də alınmadı. Bu “seçki”lər həm də onu göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onların Azərbaycana və beynəlxalq hüquqa hörmətsizliyi dəyişməz qalır.
Millət vəkili Azər Badamov isə hesab edir ki, Dünya ölkələrinin və aparıcı təşkilatların 31 martda Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların keçirdiyi “seçkiləri” tanımamasını beynəlxalq ictimaiyyətin Ermənistana göstərdiyi “qırmızı vərəqə” kimi qiymətləndirmək olar:
“Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkilər şousu” ancaq Paşinyanın niyyətlərini reallaşdırmaq məqsədinə xidmət edib. Paşinyanın maraqları isə qondarma rejimin başına öz adamlarını gətirmək olub. Təbii ki, seçkilər qanunsuzdur, heç bir beynəlxalq norma və tələbə uyğun deyil. Seçkinin nəticələrini də beynəlxalq aləmdə demək olar ki, heç kim tanımayıb. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan orada keçirilən hər bir seçki ölkəmizin qanunlarına uyğun keçirilməlidir və onda legitim sayıla bilər.
Dünyanı koronavirus pandemiyası cənginə aldığı bir zamanda “Paşinyan niyə “seçki” keçirdi?” sualı yarana bilər. Bunun cavabı sadədir. Dünyada hər bir ölkənin rəhbəri öz vətəndaşlarının sağlamlığını qorumaq üçün bütün dövlət resurslarını işə salaraq insanların təmasını minimuma endirməyə çalışır. Ermənilərin rəhbərləri isə onların sağlamlıqlarını düşünmür. Məqsədləri ancaq öz istəklərinə çatmaqdır. Paşinyan rejimi üçün sadə erməni koronavirusa yoluxdu və ya öldü o qədər əhəmiyyətli deyil.
Çünki bu məqamda dünyanın heç bir ölkəsində seçki və ya hər hansı kütləvi-ictimai tədbirlər keçirilmir və qeyri müəyyən vaxta təxirə salınır. Bu bir daha onu deməyimizə imkan verir ki, erməni rəhbərləri heç də öz faşist məntiqindən uzaqlaşmaq niyyətində deyil. Ermənilər konstruktiv mövqedən uzaqdırlar və status – kvonun saxlanma müddətini uzatmaq niyyətindədirlər.
Biz beynəlxalq arenada xüsusilə pandemiya dövründə keçirilmiş seçki şousunu beynəlxalq arenada tənqid etməliyik və hücum diplomatiyasında bu faktlardan da istifadə etməliyik. Buradan bir nəticə çıxarmaq olar ki, torpaqlarımızda qondarma rejimin “seçki şousu” erməni seperatçılarını torpaqlarımızdan ancaq silah gücü ilə qovmağı gündəmə gətirəcək. Və bu, müharibənin qaçılmazlığını daha da yaxınlaşdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol