Dünyaya mesaj ! – “Azərbaycan xalqı torpağını istəyir !" - Səbrimiz tükənib !
Fidan Həmişəyeva
16:23 17.07.2020
Qarabağ
927
“Yeddi minə yaxın müraciət Ali Baş Komandana bir dəstəkdir”
“30 il də gözləmək olar? Erməniyə yalvarmalıyıq ki, torpaqlarımızı qaytarsın?!”
“Biz hansı görüşləri və niyə davam etdirməliyik?!”
İşğalçı Ermənistanının cəbhənin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Azərbaycanın minlərlə vətənpərvər oğul və qızı Müdafiə Nazirliyinə müraciət ünvanlayıb. Həmçinin xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları da döyüşlərə qatılmalarını xahiş ediblər.
Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 13-dən 17-dək nazirliyə 7000-ə yaxın müraciət daxil olub. Müraciətlərin bundan sonra da artacağına şübhə yoxdur. Vətəndaşlarımız bu addımla daim ordumuzun yanında olduğunu nümayiş etdirirlər.
Təşəbbüsü yüksək dəyərləndirən sabiq millət vəkili Flora Qasımova “Sherg.az”a söyləyib ki, bəlkə də, orduya yazılan vətəndaşlarımızın cəbhəyə getməyinə ehtiyac olmayacaq. Çünki ordumuz kifayət qədər güclü, qüdrətli və möhkəmdir. Onun sözlərinə görə, çoxlu sayda vətəndaşın orduya yazılması dünyaya bir mesajdır:
“Xalq indiyə kimi sülh danışıqlarını gözləyirdi ki, nəhayət nə isə bir razılıq əldə olunar. Amma ermənilər torpaqlarımızı vermək istəmirlər. Onların işğal etdikləri ərazilərdə törətdikləri əməllər bizi hansı sülh danışığına apara bilər? İşğal olunan rayon və kəndlərimizin adlarını dəyişirlər, orada istədikləri kimi yollar çəkirlər, gözümüzün qarşısında təbii sərvətlərimizi talan edirlər. Biz hansı görüşləri və niyə davam etdirməliyik?
Vətənpərvər gənclərimiz orduya yazılmaqla demək istəyirlər ki, “Artıq səbrimiz tükənib. Torpaqlarımızı ancaq müharibə yolu ilə ala bilərik”.
F.Qasımova vurğulayıb ki, gənclərimizin orduya yazılmağının böyük əhəmiyyəti var:
“Mənə təsir edən odur ki, bəzən hansısa dövlət xadimi həmsədrlərin apardıqları danışıqları dəstəklədiyini bildirir. Bu həmsədrlər nə kimi işlər görüblər? Dövlət xadimləri hansı əməllərinə görə həmsədrləri dəstəkləyirlər? Üstəlik, deyirlər ki, “xalqı sülhə hazırlayın”.
Yeddi minə yaxın müraciət Ali Baş Komandana bir dəstəkdir. Ölkə başçısı yeri gələndə deyəcək ki, “xalq məndən torpağını istəyir”. 30 il işğalda olan ərazilərin qayıtmasını gözləmək olar? Erməniyə yalvarmalıyıq ki, torpaqlarımızı qaytarsın? Onlar açıq-aydın deyirlər ki, Azərbaycanın ərazilərini geri verməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm