Düşmən anlayır: “Azərbaycan ilk fürsətdə ərazilərini hərbi yolla azad edəcək”
Turan
12:12 31.05.2020
Qarabağ
1389
“İşğalçı ölkə bilir ki, problem çözülmədən Ermənistanın rahat və təhlükəsiz həyatı mümkün deyil”
“Azərbaycan öz torpaqlarından heç vaxt imtina etməyəcək”
“Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı vəziyyətin gerçəkliyini ictimaiyyətə anlatdı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, problemin həll varinatları dəfələrlə masa üzərinə yatırılıb. Lakin danışıqların tərəf predmeti olaraq qəbul olunmuş Ermənistan bəhanələrlə demonstrativ şəkildə sülh sazişinin imzalanmasından imtina edib:
“Problemin həll ilə məşğul olan bütün beynəlxalq təsisatlar, BMT, ABŞ və Almaniya kimi nüfuzlu təşkilat və dövlətlər sülh sazişinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll variantını təklif ediblər. Ermənistan konkret olaraq mövqesizlik göstərir. Düşmən əslində anlayır ki, problem çözülmədən Ermənistanın rahat və təhlükəsiz həyatı mümkün deyil. Azərbaycan öz torpaqlarından heç vaxt imtina etməyəcək və ilk imkanda ərazilərini hərbi yolla azad edəcək”.
Politoloq bildirib ki, bu gün Ermənistanı qoruyub saxlayan dövlətlərin də vəziyyəti kritikdir:
“Neft qiymətlərinin düşməsi İran və Rusiyanı ciddi sarsıdıb. Rusiya bütün ehtiyyatlarını sərf edib. İlin sonuna qədər iqtisadiyyatını bərpa etmək şansı da yoxdur. Azərbaycan isə dayanıqlı ölkədir və iqtisadi krizis gözlənilmir. Hesab edirəm ki, Ermənistana qarşı siyasi və iqtisadi təzyiqləri daha da gücləndirməliyik. Erməni diplomatlarla şəkil çəkdirməyi bir yana buraxıb ciddi basqılar etməliyik. Hərbi əməliyyatlar yenidən başlayarsa, Rusiya və İran Ermənistana yardım edə bilməyəcək. Biz vəziyyəti beynəlxalq təşkilatlara, o cümlədən indiki Ermənistan rəhbərliyinə bütün çılpaqlığı ilə anlatmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq