Düşmən bilsin ! – “Çanaq öz başında çatlayacaq”
Fidan Həmişəyeva
15:31 24.09.2020
Qarabağ
1123
“Əməllərinin bədəlini ağır ödəyib, çox peşiman olacaqlar”
“Ermənilər başa düşməlidirlər ki, onlar yer üzündən silinə bilərlər”
“Beynəlxalq qanun bu mövzuda Azərbaycanı ittiham edə bilməz”
Son günlər ermənilər davamlı şəkildə Suriyadan Azərbaycana döyüşçülərin gəldiyi barədə dezinformasiyalar yayırlar. Təbii ki, düşmənin bu iddialarının ağ yalan olduğu bəllidir. Ermənilər ölkəmizin nüfuzuna xələl gətirmək məqsədi güddüyünü açıq-aydın göstərir.
Düşmən hiyləgər olduğunu hər məqamda hiss etdirir. Paşinyan hakimiyyəti Azərbaycana oyun qurmağa çalışsada, son nəticədə qazdıqları quyuya özləri düşəcəklər. Çünki yalan ayaq tutsa da, yeriməz. Bəs, Azərbaycan belə situasiyada nə etməlidir?
Ermənistanın dezinformasiya yaymasına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a bildirib ki, sərhəddə gərginliklər zamanı informasiya sahəsində də qarşıdurmalar başlayır. QAT sədri qeyd edib ki, düşmən müəyyən təxribatlarla ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır:
“Separatçı rejim yanlış informasiyalar yayaraq, guya Suriya və digər yerlərdən Azərbaycana döyüşçülərin gətirildiyini iddia edir. Lakin Türkiyə mətbuatında bu məlumatlar təkzib edildi və informasiyaların yalan olduğu deyildi.
Təbii ki, düşmənin yalanlarını ifşa etmək üçün müəyyən işlər görmək lazımdır. Amma belə dezinformasiyalara cavab verməklə yanaşı, işimizi də görməliyik. Torpaqlarımızı işğaldan azad etmək barədə düşünməliyik. Bütün dünya ölkələri bilməlidir ki, 30 il ərzində Dağlıq Qarabağ məsələsinə ədalətli yanaşma olmadı. Ona görə də Azərbaycan məcburiyyət qarşısında müharibə yolunu seçdi. Başqa bir yol yoxdur. Torpaqlarımız işğaldan azad olmalıdır”.
A.Nağının sözlərinə görə, Azərbaycan illərdir ki, dözür, beynəlxalq hüquq normalarına əməl edir. Lakin beynəlxalq vasitəçilər məsələyə obyektiv yanaşmırlar:
“Onlar Ermənitsanın yanında oldular. Bu baxımdan ölkəmizin müharibədən başqa yolu yoxdur. Müharibə başlayandan sonra Azərbaycanın iradəsindən asılı olmayaraq dünyanın müxtəlif yerlərindən, xüsusilə müsəlman ölkələrindən Azərbaycana dəstək gələ bilər. Yəni həmin ölkələrdəki döyüşçülər öz istəkləri ilə gəlib Dağlıq Qarabağ müharibəsində iştirak edə bilərlər.
Beynəlxalq aləm bu perspektivi başa düşməlidir. Heç kəs bu mövzuda Azərbaycanı ittiham edə bilməz. Ermənilər başa düşməlidirlər ki, onlar yer üzündən silinə bilərlər.
30 ildir ki, Azərbaycan səbrini qoruyur və dözür. Düşmən bilməlidir ki, çanaq öz başında çatlayacaq. Əməllərinin bədəlini ağır ödəyib, çox peşiman olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat