"Düşmən layiq olduğu cavabı alacaq" - Partiya sədri
Turan
07:15 11.10.2020
Qarabağ
625
"Qəhrəman Silahlı Qüvvələrimiz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında yağı düşmənə, Ermənistana olduqca ciddi, ağır və sarsıdıcı zərbələr endirib".
"Sherg.az" xəbər verir ki, bunu feysbuk səhifəsində millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yazıb.
Deputat vurğulayıb ki, düşmənin çoxsaylı, çoxminli itkiləri və yaralıları var. Hərbi texnikası demək olar ki, sıradan çıxarılıb:
"Ermənistan ordusunda fərarilik geniş miqyas alıb. Əldə etdiyimiz dəqiq məlumata görə artıq onlar sursat, ərzaq və tibbi ləvazimat baxımından çox ağır durumdadırlar. Əlbəttə, ölkə Prezidenti, Ali Baş Komandan və sərkərdə kimi özünü yüksək səviyyədə təsdiq etdi. Qeyd etməyi vacib hesab edirəm ki, onun illərdən bəri çox uğurla həyata keçirdiyi diplomatiya Azərbaycan dövlətinə ciddi uğurlar qazandırıb. Ermənistanın dünyanın aparıcı dövlətlərinə aramsız yalvarışları həmin dövlətlərin Azərbaycanı sülhə dəvət etməsi gözlənilən idi. Lakin, prezidentimiz incə manevrlə, humanitar xarakter daşıyan, bir neçə günlük atəşkəsə konkret və qətiyyətli şərtini irəli sürdü. Əgər Ermənistana verilən bu şansdan yararlanıb, işğalçı ordusunu Azərbaycandan çəkməsə, Silahlı Qüvvələrimiz hərəkətə keçəcək və işğalçı Ermənistanı peşman edəcəkdir. Çox aydın və birmənalı, prinsipial mövqedir. Əgər Azərbaycan bu humanitar, bir neçə günlük atəşkəsə razılıq verməsəydi, Ermənistana və Ermənistanı müdafiə edən qüvvələrin bizə qarşı daha kəskin addımlar atmasına əsas verə bilərdi".
Parlament üzvü qeyd edib ki, ölkə Prezidenti Azərbaycan xalqına müraciətində olduqca aydın şəkildə bəyan etdi ki, Ermənistanın son əsgəri torpaqlarımızda ölənə qədər Silahlı Qüvvələrimiz öz hərbi əməliyyatlarını davam etdirəcəklər:
"Biz olduqca qürurverici və şərəfli anlarımızı yaşamaqdayıq. 200 ildən bu yana üzərimizə gələn, tarixi torpaqlarımızda dövlətini yaradan və işğalçılıq siyasətini davam etdirən vandal, faşist düşüncəli ermənilərlə son döyüşün içərisindəyik. Qətiyyən şübhə etmirəm ki, bu tarixi döyüşdə biz qalib gələcyik. Buna heç kəsin şübhəsi olmasın. Sosial şəbəkələrdə dəyərli həmvətənlərimizin göstərdikləri narahatçılıqları başa düşürəm. Ancaq onları əmin etmək istəyirəm ki, müharibəni sona qədər, murdarların son əsgərini torpaqlarımızdan qovulana və öldürülünə qədər döyüşümüz davam edəcək. Moskvada Rusiya, Azərbaycan və işğalçı ölkənin Xarici İşlər nazirlərinin görüşündə əldə edilmiş razılıq müvəqqətidir və humanitar xarakter daşıyır. Bunu Atəşkəs kimi qiymətləndirmək və başa düşmək olmaz".
F.Ağamalı vurğulayıb ki, düşmənlərimiz, anti-Azərbaycan qüvvələri qəsdən, düşünərək bu humanitar razılaşma ətrafında monipulyasiya aparırlar:
"Guya biz atəşkəs rejiminə razılıq vermişik, Rusiyanın təzyiqilə Ermənistana qarşı müharibəni dayandırmışıq və s. Qətiyyən belə bir şey yoxdur! Baxın, ölkə Prezidenti nə söylədi: Ermənstanın rəhbərliyinə dedi ki, kimə yalvarırsan yalvar, kimin qabağında alçalırsan alçal, kimin qarşısında baş əyirsən əy, kimin dabanını yalayırsan yala. Torqaqlarımızı işğaldan azad etməyə, heç bir dövlət, heç bir qüvvə bizə mane ola bilməyəcək. Bundan qətiyyətli və birmənalı mövqe nə ola bilər? Ona görə də dəyərli həmvətənlərimi əmin etmək istəyirəm ki, ordumuz düşmənin istənilən davranış və hərəkətlərini diqqətlə izləyir. Əgər onlar əldə olunan müvəqqqəti atəşkəsə əməl etməsələr, layiq olduqları cavabı alacaqlar. Gəlin, biz Azərbaycana düşmən münasibəti bəsləyən və özünü Azərbaycanlı bilən, lakin şərəfini, milli qürurunu və milli mənliyini itirən insanların avantürist çağrışlarına layiqli cavablarımızı verək və yenə də ordumuzla, Ali Baş Komandanımızla bir olaq! Sosial şəbəkələrdə onların qarşısında iradəmizi nümayiş etdirək, avantüraya, hiyləyə və yalana qarşı qətiyyətli möveyimizi ortaya qoyaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm