Düşmən təxribatlara ara vermir
19:17 22.09.2020
Qarabağ
1005
"Mütləq şəkildə, müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır"
“Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, bu dəfə də ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanda rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın bugünkü rəhbərliyi bu ölkəni uçuruma aparır”.
Bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədriAkif Nağı “Sherg.az”a açıqlamasında bildirib. O qeyd edib ki, Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu:
“O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda, danışıqlar prosesini mənasız etdi. Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq.
Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Qanunsuz məskunlaşdırma, Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin, guya, andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır.
İyulda hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ermənilər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda oturublar.
İndi də çalışırlar ki, Azərbaycanla gərginlik yaratsınlar. Əsas məqsədləri yeni münaqişələr yaratmaqla, bu torpaqları işğal altında saxlamaqdır. Yəni hər zaman olduğu kimi yenə də hiyləgər siyasətlərini yeritməkdədirlər.
Cəbhə xəttində dayanmadam təxribatlar törədirlər. Ona görə də mütləq şəkildə, müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual