Ərdoğan nöqtəni qoydu ! - “Bircə “vur” komandası qalır”
Fidan Həmişəyeva
08:28 25.09.2020
Qarabağ
5518
“Düşmənin sonu yaxınlaşır, torpaqlarımızı azad edəcəyik”
"Ruspərəstliyə son qoymaq lazımdır! 200 ildir bizi aldadan rus çarı, rus prezidenti və rus siyasətçiləridir"
"Bu gün hər kəs danışmalıdır. Torpaqlarımızı azad edə bilməsək, gələcək nəsil bunu bizə bağışlamayacaq"
Son günlər sərhəddə baş verən hadisələr vətəndaşlarımızın hərbi vətənpərvərlik hissini bir daha üzə çıxardı. Təbii ki, xalqımız hər zaman yüksək iradə və əzmkarlığı ilə seçilib. Lakin bu duyğular vəziyyətin gərginləşdiyi zamanlarda özünü daha çox büruzə verir. Bu günə qədər torpaqlarımız uğrunda canını fəda edən igid oğullarımızın sayı kifayət qədər çox olub. Amma bu şücaətlilik, qorxmazlıq və igidlik nümunəsi bugünkü gənclərimizdə də var.
Təsadüfi deyil ki, Şəmkir və Tovzuda baş verənlərdən sonra igid oğulllarımız könüllü olaraq orduya yazılıb. Bütün bunlar onu göstərir ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindircidir və fərəhli bir hissdir.
Xalqımızın hər zaman vətənpərvər olduğunu deyən ehtiyatda olan mayor Pənah Məmmədov “Sherg.az”a bildirib ki, vətənpərvərliyimizin yüksək dərəcədə olması şəhidlərimizin dəfnində görünür. Onun sözlərinə görə, düşmənin sonu yaxınlaşır, torpaqlarımızı azad edəcəyik:
“Vətənpərvərliyimiz yüksək səviyyədədir və bunun nəticəsini də görəcəyik. Xalqımızda ruh yüksəkliyi var. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycana olan hücum, Türkiyəyə hücum deməkdir” fikirlərini səsləndirdi. Bu açıqlama məsələyə nöqtəni qoydu ! Deməli, 200 ildir, bizi işğal edən rus ordusunun əlini-qolunu bağlayıb, yerində oturtmaq üçün əlavə gücümüz, ikinci ordumuz var. Bircə Ali Baş Komandanın “vur” komandası qalır”.
P.Məmmədov qətiyyətlə vurğulayıb ki, Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatı aparmalıdır:
“Çünki Qarabağ öz ərazimizdir! Ruspərəstliyə son qoymaq lazımdır!!!. 200 ildir bizi aldadan rus çarı, rus prezidenti və rus siyasətçiləridir. Amma onlardan imtina etmək istəmirik. Ermənilərin ağası olan ruslar millətimizə Xocalı kimi faciəni yaşadıblar. Bu bizə dərs deyil? 200 ildir ki, yalanları danışmaqla ermənilərin ərazilərini böyüdüb dövlət qurublar. Biz isə yalan informasiyalar verib, millətin başını sığallayırıq. Ruslar “Aprel döyüşləri”ndə dayanmağımızı istədilər. Dayandıq. Bəs sonra nə oldu? Niyə torpaqlarımızı qaytarmadılar? Çünki yenə də ruslara inandıq”.
Keçmiş batalyon komandiri olduğunu deyən P.Məmmədov qeyd edib ki, döyüşlərdə itirdiyi şəhid dostlarına görə üzərində böyük məsuliyyət hiss edir:
“Susmaq lazım deyil. Bu gün hər kəs danışmalıdır. Torpaqlarımızı azad edə bilməsək, gələcək nəsil bunu bizə bağışlamayacaq. Vətənə sevgini alovlandırmaq lazımdır. Alışan odun üstünə benzin tökməliyik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya