Erməni səfirin riyakarlığı ifşa olundu: “Smbatyan dialoq tərəfdarıdırsa, onda...”
Yusif Nəzərli
10:17 21.08.2020
Qarabağ
1020
“...Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin”
"Lakin təcavüzkar ölkə səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi onların məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür”
“Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın son müsahibəsində bir daha bu ölkənin riyakar siyasətinin şahidi olduq. A.Smbatyan müsahibədə özünü Azərbaycan və erməni xalqları arasında təmasların qurulmasının tərəfdarı kimi qələmə verməyə çalışıb”.
“Sherg.az” xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, münaqişənin maraqlı tərəflərindən biri kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması artıq illərdir, işğal altındakı Qarabağ bölgəmizin erməni və azərbaycanlı sakinləri arasındakı dialoqun aparılmasını təklif edir:
“Lakin, Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın siyasi rəhbərliyi nəinki buna mane olur, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə utanmazcasına inkar edir.
Əgər A.Smbatyan həqiqətən də iki xalq arasında dialoq tərəfdarıdırsa, onda qoy Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin. Lakin Azərbaycan ərazilərini işğal edərək, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi ölkəsinin məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür.
Münaqişənin bu günə qədər həll olunmamasının səbəbi Ermənistan qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində mövcudluğudur. Ermənistanın öz ordusunu işğal edilmiş ərazilərimizdən çıxarması ilə iki xalq arasında münasibətlər cox asanlıqla bərpa edilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya