Halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya, azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edir. Ermənilərin yolu kəsərək asayişi pozmalarına etiraz bildirməyən və danışığında qondarma “artsax” ifadəsi işlədən rus general ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır:
Ermənilərin Kəlbəcərə səpələnməsi təhlükəsizlik baxımından risklidir
Turan
09:34 22.01.2021
Qarabağ
1167
"Bir müddət sonra istənilən təxribata əl ata bilərlər"
"Ermənilərin sərbəst hərəkəti üçün Laçın dəhlizi var. Hər etiraz edən erməniyə Azərbaycan torpaqlarından keçid vermək olmaz"
Kəlbəcər rayonunun işğal dövründə “Drmbon” adlandırılmış Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq, Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər. Ermənilər sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla Vardenisə (Basarkeçər) getməyinə şərait yaradılsın. Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını ziyarətə getmək üçün 500 km yol qət etməlidirlər.
Halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya, azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edir. Ermənilərin yolu kəsərək asayişi pozmalarına etiraz bildirməyən və danışığında qondarma “artsax” ifadəsi işlədən rus general ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır:
“Onlar artıq belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm...”. Rus general ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək “Yaşasın Sovet İttifaqı!” söyləyib. Yolun açılmasına gəlincə isə general onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib.
Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.
“Cənubi Qafqaz” Sülh və Münaqişə İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Kəlbəcərin ermənilər yaşayan Drmbon kəndində baş verən etiraz müəyyən suallar doğurur. Analitik etirazların arxasında siyasi səbəblərin olduğunu düşünür:
“Sirr deyil ki, Kreml Qarabağda istədiyi vaxt ermənilərin provakasiyalarını təşkil edə bilər. Sülhməramlılar bölgədə süni gərginlik yaratmaqla hərbi kontingentin sayını artırmağı planlayır.
Ağdərədən Kəlbəcərə bütün ərazilər Azərbaycana məxsusdur. Vətəndaşlarımız, tikinti şirkətlərimiz, o cümlədən hərbçilərimiz istənilən bölgədən keçə bilərlər. Kimsə buna qadağa qoya bilməz.
Amma həmin yolların ermənilərin istifadəsinə verilməsi təhlükəlidir. Onların Kəlbəcər ərazisinə səpələnməsi təhlükəsizlik baxımından risklidir. Bir müddət sonra istənilən təxribata əl ata bilərlər. Ermənilərin sərbəst hərəkəti üçün Laçın dəhlizi var.
Hər etiraz edən erməniyə Azərbaycan torpaqlarından keçid vermək olmaz. Ermənilərin absurd şərtlərini qəbul etməməliyik. Xüsusən, belə tələblərin arxasında siyasi aspektlərin olduğu şübhə doğurmursa, güzəştə getmək yolverilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media