Ermənistan sülhə qapılarını taybatay bağlayır: “İstənilən an təxribatlar...”
Fidan Həmişəyeva
16:18 01.09.2020
Qarabağ
1539
“İşğalçı ölkənin bu davranışına Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət qəti münasibət ifadə etməlidir”
“Əks halda, cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər”
Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.
Cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərinin Paşinyan tərəfindən mükafatlandırılması, hətta onlardan birinə “Milli Qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.
Paşinyan və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.
Millət vəkili Soltan Məmmədov “Sherg.az”a bildirib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu ölkənin sülhə hazır olmadığını, problemin danışıqlar masası arxasında həllinə maraq göstərmədiyini bir daha nümayiş etdirir:
“Ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edib. Lakin proseslərin gedişi, o cümlədən Ermənistan rəhbərliyinin son addımları göstərir ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə nizamlanması üçün bütün qapıları faktiki olaraq taybatay bağlayır. Paşinyanın son addımları Ermənistanın istənilən an yeni hərbi təxribatlara əl atmağa hazır olduğunu göstərir”.
S.Məmmədov vurğulayıb ki, Ermənistanın bu davranışına ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət qəti, aydın münasibətini ifadə etməlidir:
“Əks halda, cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər. Xüsusilə də Ermənistan hakimiyyəti rasional düşünmək, praqmatik siyasət yürütmək kimi bacarıqlardan məhrumdur. Ona görə də dünya birliyi işğalçı ölkəyə yerini göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil