Ermənistan və himayədarları dərk etsin ! - “Ordumuz hazırdır”
Fidan Həmişəyeva
10:14 25.08.2020
Qarabağ
798
Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
“Sherg.az”ın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndinə iriçaplı silahlardan atəş açılıb. Nəticədə, Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Təxribat zamanı xəsarət alan olmayıb. Düşmən cavab atəşi ilə susdurulub. Bundan başqa, düşmən saxta məlumatlar uyduraraq diqqətin dövlət sərhəddinə cəlb edilməsi üçün əlindən gələni edir.
Bir neçə gün öncə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Bu, işğalçı ölkənin vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.
Proseslərlə bağlı “Sherg.az”a danışan millət vəkili Anar Məmmədov bildirib ki, ötən ay cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hücuma keçən ermənilər BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri kobud şəkildə pozdu.
Parlament üzvü vurğulayıb ki, düşmənin Tovuzda növbəti dəfə təxribatı rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının əyani sübutudur:
“Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırkı mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib.
Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi. Pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Həs kəsə məlumdur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Bütün bunlar Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi mümkün deyil. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda baş nazir artıq nə edəcəyini belə bilmir”.
Deputat bildirib ki, düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınır:
“Ermənistan diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində növbəti dəfə təxribatı fiaskoya uğradı. Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin diversiya cəhdinin qarşısını alındı. Bununla da Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Ordumuz düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil