Tarixi məqam yetişdiyi anda Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqını reallaşdıracaq. Ölkə başçısının son tarixi məqamlara toxunması, xəritədəki qədim adlarla bağlı mesajlar və xüsusi tapşırıqlar həm də işğalçı Ermənistana açıq mesajdır”.
Ermənistana mesaj: “Azərbaycan torpaqlarını azad etmək haqqını reallaşdıracaq”
Turan
11:22 08.06.2020
Qarabağ
1258
“Azərbaycanın beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna, Avropa Şurası Parlament Assambleyasına etimad göstərməməsi Qarabağ münaqişəsinin müharibə yolu ilə həll ediləcəyinə işarədir”.
Bunu “Sherg.az”a Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib.
Hüquq müdafiəçisi bildirib ki, ümumiyyətlə, cənab İlham Əliyevin fəaliyyəti, son çıxışları, Ermənistanı faşist və nasist ölkə kimi xarakterizə etməsi mühüm mesaj mahiyyəti daşıyır:
“Ordumuzun genişmiqyaslı hərbi təlimlərə cəlb olunması, yeni hərbi bazaların inşa edilməsi bir daha göstərir ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında olması ilə barışmayacaq.
Ötən gün cənab Prezidentin Tərtərə səfəri, Ağdamda ön cəbhədə yeni hərbi hissəsinin açılışında iştirak etməsi, əsgər və zabitlərin döyüş qabiliyyətini yoxlaması diqqətçəkən məqamlardır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti və ölkə rəhbəri ordumuzun daha da güclənməsinə, döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirir.
Nəzərə alsaq ki, bütün dünyada pandemiya rejimi hökm sürür və ölkələr sosial qayğı ilə əhatə olunub. Ermənistan da bu virusdan ən çox əziyyət çəkən, hətta faciəvi durumda olan ölkədir. Buna baxmayaraq, Azərbaycan həm virusla mübarizə aparır, həm də ordunun döyüş qabiliyyətinin müdafiə qüdrətini artırır.
Tarixi məqam yetişdiyi anda Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqını reallaşdıracaq. Ölkə başçısının son tarixi məqamlara toxunması, xəritədəki qədim adlarla bağlı mesajlar və xüsusi tapşırıqlar həm də işğalçı Ermənistana açıq mesajdır”.
Ə.Şahidov bəyan edib ki, Azərbaycan xalqı öz tarixini heç vaxt unutmur:
“Ermənistanın indiki əraziləri qədim Azərbaycan torpaqlarıdır. Tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Son günlər Prezidentin, Ali Baş Komandanın cəbhə bölgəsində olması, hərbi hissənin açılışında iştirakı göstərir ki, dövlət başçısı torpaqlarımızın hərbi yolla azad olunmasını gündəmdə saxlayır.
Siyasi məqam yetişdiyi zaman Ali Baş Komandan hücum əmrini verəcək və ordumuz işğal altındakı torpaqlarımızı qısa zamanda azad edəcək. Ona görə də, deyilənlərin hamısı düşmənə mesajdır.
Bərbad durumda olan işğalçı ölkə bundan ciddi nəticə çıxartmalı və prosesi müharibə həddinə çatdırmamalıdır. Ancaq düşünürəm ki, ermənilər sülhə meyilli olmadıqları üçün müharibə qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə