Ermənistanda böhran: “İndi işimizi birdəfəlik həll edə bilərik” - İmkan yaranıb
Fidan Həmişəyeva
11:39 25.02.2021
Qarabağ
882
Ermənistan silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar. Paşinyanın istefası tələbi 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.
Bildirilir ki, onlar baş nazirin uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edirlər.
Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın istefa qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib: “Belə çətin şərtlərdə belə bir qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır”.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin baş qərərgahının bəyanatını hərbi çevriliş cəhdi adlandırıb.
Bu barədə o, “Facebook” səhifəsində yazıb.
İrvandakı mövcud durumu “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənsitanda 1992-ci ildəki İyun qiyamının müasir forması baş verir:
“Çox güman ki, hazırda Ermənistandakı proseslərdə Rusiyanın da “əli” var. Çünki Ermənistan bu dəqiqə Rusiyanın tam nəzarətindədir. Paşinyanı məxməri inqilab yolu ilə devirə bilmədilər, indi isə hərbi çevrilişə keçiblər. Onun hərbi çevrilişlə devrilməsi baş tutsa, bu, Ermənistanda hakimiyyətə kimlərin gəlməsindən asılı olmayaraq, dərin böhranlı vəziyyət yaradacaq”.
Politoloqun sözlərinə görə, Ermənistan Rusiyanın köməkliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycandakı böhrandan maksimum istifadə etdi. İndi isə ölkəmiz eyni davranışı sərgiləməlidir:
“İrəvandakı vəziyyət nə qədər gərginləşərsə, bu, maraqlarımıza cavab verir. Amma Rusiyanın buradakı mövqeyi maraqlıdır. Hələlik Kreml rəsmi mövqeyini bildirməyib. Azərbaycan istənilən duruma hazır olmalıdır. Vəziyyət dəyişsə, Ermənistanda qalan digər ərazilərimizi azad etməliyik. Həmçinin qısa müddət ərzində hər gün əsəblərimizlə oynayan rus sülhməramlılarına dair duruma da əl qoymalıyıq”.
“Paşinyanın devriləcəyi halda onun yerinə gələn şəxs 10 noyabr üçtərəfli bəyanatın şərtlərini qəbul edəcəkmi?” salına gəlincə, Ə.Məmmədli söyləyib ki, Paşinyanın yerinə gələn adam sözügedən sənədin bəndləri ilə razılaşacaq:
“Çünki 10 noyabr bəyanatı Rusiyanın istəyi ilə imzalanıb. Paşinyan devriləcəyi halda çox güman ki, hakimiyyətə gələn şəxs Rusiyaya yaxın biri olacaq. Amma ola bilsin ki, Ermənistanda qərbyönümlü qüvvələr də hakimiyyətdə pay sahibi olsunlar, hətta hakimiyyətə gələ bilərlər. Belə olan halda onlar üçtərəfli bəyanatın şərtləri ilə razılaşmaya bilər.
Əslində bu durum da Azərbaycana sərf edir. Çünki məsələ yenidən qaldırılsa və gərginlik davam etsə, işimizi birdəfəlik həll edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat