Ermənistandan növbəti TƏXRİBAT: “Sülh səyləri sobataj edilir”
Şəymən Bayramova
10:34 12.06.2020
Qarabağ
1868
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələri, Avropa Birliyi və digər qrumlardan reaksiyalar gösləyirik”
“Əminəm ki, bu reaksiyalar özünü gözlətməyəcək"
"Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə məruzəçiləri birgə bəyanatla çıxış ediblər.
Bəyanatı ümumilikdə Ermənistanın işğal faktının rəsmi səviyyədə etirafı və Cənubi Qaqaz regionunda təhlükəsizliyə xidmət etməyəcək, stabillik, inkşaf naminə etimad və sülh təşəbbüslərinin köbud şəkildə pozulması, beynəlxalq hüquq növbəti dəfə çeynənməsi kimi qiymətləndirirəm".
Bu sözəri “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekspert, politoloq Yeganə Hacıyeva deyib.
Politoloq Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək qərarı düşmən ölkənin növbəti beynəlxalq səviyyəli təxribatı kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qərar eyni zamanda konfliktin həlli prosesinin və bu prosesə cəlb olunmuş beynəlxalq təşkilatların sülh səylərinin sobataj edilməsidir:
"Məruzəçilərin birgə bəyanatında konkret Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Qeyd olunub ki, "Ötən il Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək".
Bu yolun tikintisi barədə qərar beynəlxalq hüququn pozulması ilə paralel həm də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində formalaşdırdığı kriminal qondarma rejimin nəqliyyat imkanlarını artır ki, bu özü Azərbaycanla bərabər Avropa Birliyinin özünü narahat edən məqamdır.
Onsuz da Dağlıq Qarabağ konflikti Cənubi Qafqaz regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə təhdiddir.
Belə bir yolun tikintisi Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirməsi ilə pararlel Ermənistan dövlətinin dəstəyi ilə mövcud olan Dağlıq Qarabağdakı qanunsuz rejimin Yaxın Şərqdən Avropa Birliyinə qədər uzanmış olan narkotik, silah və insan alveri üçün tranzit komunikasiya imkanlarının artırılması deməkdir.
Bu təşəbbüs həmçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təbii sərvətlərinin talan edilməsin sürətləndirilməsi deməkdir. Ümumiyyətlə isə, Cənubi Qafqazda istənilən nəqliyyat infrastrukturu ölkələrin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində olmaqal paralel regionun əsas nəqliyyat tranzit ölkəsi olan Azərbaycanla razılaşdırılmalıdır.
Bu yolun çəkilməsi təşəbbüsündə isə Azərbaycanın mövqeyi bəllidir və bu bizim üçün yolverilməzdir. Odur ki, Azərbaycan olaraq, bu təşəbbüsə bağlı Avropa parlamenti kimi , ATƏT üzv dövlətləri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələri, Avropa Birliyi və digər qrumlardan reaksiyalar gösləyirik və əminəm ki, bu reaksiyalar özünü gözlətməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə