Ermənistanın “seçki şousu” fiaskoya uğradı - Özünüifşa
Şəymən Bayramova
14:00 08.04.2020
Qarabağ
1327
“Bu “seçki” Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu baş tutmadı”
“İşğalçı Ermənistan və qondarma rejim ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək”
“ErmənistanınAzərbaycanın işğal edilmiş ərazilərində seçki keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı və işğalçı rejimin özünüifşasına səbəb oldu”
Bu sözləri “Sherg.az”a millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu baş tutmadı:
“Mart ayının 31 də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınandı və pisləndi . Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir . Türk Şurası, Qoşulmama Hərəkatı ,Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənisatnın işğalçılıq siyasətinin və status- kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərmiş oldu”.
Deputat hesab edir ki, regionun və dünyanın aparıcı milli dövlətlərinin nümayiş etdirdikləri mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır:
“Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma seçkinin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir . Şübhəsiz ki, yuxarıda adlarının çəkdiyimiz beynəlxalq və regional təşkilatların o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana olan münasibəti kimi qiymətləndirlə bilər. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan , dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir .Ona görə də işğalçı Ermənistan və qondarma rejim seçki şousu yaratmaqdansa işğal etdikləri ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya