Gənc YAP-çı: “... Münaqişə hərb yolu ilə çözüləcək”
Turan
14:57 04.06.2020
Qarabağ
1199
“Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevin çıxışları vətənpərvər gəncləri bir qədər də ruhlandırır”.
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə Ermənistanın işğalçılıq siyasətini, İrəvan hökumətinin terroru və faşizmi müdafiə etdiyini ifşa edib:
“Əslində Azərbaycan tərəfi hər zaman Qarabağ münaqişəsini ilkin mərhələdə sülh yolu ilə həll etməyin tərəfdarı olub. Hətta düşmən tərəfin cəbhə bölgəsində mütəmadi təxribatlarına belə uzun müddət səbr etmişik. Ermənilərin bizi təhrik etməsinə imkan yaratmamışıq. Düşmən işğal altında saxladığı Şuşa şəhərində təşkil etdiyi “seçki” şousu ilə də Azərbaycanı qıcıqlandırmaq niyyətinə nail ola bilmədi. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan gündən-günə güc toplayır, hərbi, iqtisadi, siyasi cəhətdən güclənir. Beynəlxalq aləmdə söz sahibinə çevrilirik. Azərbaycan Ordusu günbəgün daha da güclənir. Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirməkdə israrlı olarsa, verilən dərslərdən nəticə çıxarmazsa, münaqişə hərb yolu ilə çözüləcək”.
F.Heydər vurğulayıb ki, ordumuz Ali Baş Komandanının əmrini gözləyir:
“Qarabağdakı qondarma rejimi dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq qurumu tanımır. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən qəbul edilir. Gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik. Buna heç kimin şübhəsiz olmasın. Azərbaycan gəncliyi cənab Prezidentə güvənir, onun siyasətini dəstəkləyir. Əminik ki, çox yaxın zamanda torpaqlarımız erməni işğalından azad olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region