Gəncəliyev canlanma yaradıb: “O, Qarabağla bağlı spesifik məsələləri bilir”
Fidan Həmişəyeva
11:09 14.04.2020
Qarabağ
1048
“İcma sədri Dağlıq Qarabağ həqiqətlərini ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırır”
“Bu, adi daş heykəlin başına gələnlərdir. Görün, Qarabağda insanların başına hansı fəlakətlər gətirilib”
“Dağlıq Qarabağ atları sovet və Britaniya arasındakı diplomatik münasibətlərə qədər mühüm rol oynayıb”
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağla bağlı tarixi əhəmiyyətə malik videolar hazırlayıb. “Qarabağın güllələnmiş heykəlləri” və “Qarabağ atları”na dair video-materialı T.Gəncəliyevin özü ingilis dilində təqdim edib. Videoda Qarabağ həqiqətləri, erməni vandalizmi, eyni zamanda Qarabağın məşhur atları ilə bağlı zəruri məlumatlar yer alıb.
T.Gəncəliyev video görüntüləri şəxsi feysbuk hesabında paylaşıb. Videonun hazırlanması və ingilis dilində təqdim olunması Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Video görüntülərə dair fikirlərini “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Tural Gəncəliyev Qarabağ İcmasının sədri təyin olunduqdan sonra xaricdə yaşayan azərbaycanlılar arasında geniş təbliğatlar aparır. Onun sözlərinə görə, videoların paylaşılması 24 aprel qondarma erməni soyqırımı öncəsi mühüm əhəmiyyətə malikdir:
“Tural Gəncəliyev Dağlıq Qarabağ həqiqətlərini ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırır və erməni dili bazasına malikdir . O, eyni zamanda Qarabağla bağlı spesifik məsələləri bilir. Bu günlərdə beynəlxalq ictimaiyyətə göndərdiyi müraciətdə xüsusən 2 detal üzərindən fikir yürüdür. Onun biri Qarabağın güllələnmiş heykəlləridir. Həmin heykəllər hazırda Bakıda mərkəzdə yerləşib və xaricdən gələn qonaqlara göstərilir. Heykəllərin üzərində erməni vandalizminin izləri əks olunub, müxtəlif güllə xətərləri və qəddarcasına proseslər həyata keçirilib. Bu, adi daş heykəlin başına gələnlərdir. Görün, Qarabağda insanların başına hansı fəlakətlər gətirilib.
Qarabağdakı atlarla bağlı çəkilən video və dünya ictimaiyyətinə müraciət isə onunla əlaqədardır ki, bütövlükdə orta əsrlərdə Dağlıq Qarabağ atları Qarabağa məxsus brend kimi dünyada məşhurdur. Atları brendləşdirən və dünyaca məşhur edən bir neçə detal var. Bunlardan biri ondan ibarətdir ki, Britaniya kraliçasının ilxısında Qarabağ atları xüsusi yer tuturdu. Dağlıq Qarabağ atları sovet və Britaniya arasındakı diplomatik münasibətlərə qədər mühüm rol oynayıb”.
24 aprel qondarma erməni soyqırımı tarixinə sayılı günlər qaldığını deyən Ə.Əlibəyli bildirib ki, indidən ortaya həm beynəlxalq, həm də diaspor səviyyəsində arqumentlər qoyulmalıdır:
Tural Gəncəliyevin videoda toxunduğu detallar, hazırda feysbukun ermənidilli seqmentində çox böyük anti-Tural Gəncəliyev hərəkatına səbəb olub. Bu, primitiv bir yanaşmadır. Fikrimcə, çəkilən videolar qondarma soyqırımı öncəsi ermənilərə yaxşı cavab xarakter daşıyır. Bu baxımdan Tural Gəncəliyevin hazırda tutduğu yol və həyata keçirdiyi tədbir yüksək səviyyədədir. Bütün bunlar birbaşa Azərbaycanın lehinə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol