Görüş xatirinə görüş...
Turan
09:43 30.06.2020
Qarabağ
1678
“Həmsədrlərin videokonfrans keçirməkdə məqsədi status-kvonu qoruyub saxlamaqdır”
“Həmsədrlər əsirlərin dəyişdirləməsini və “Yenilənmiş Madrid prinsiplərini” Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, öz fəaliyyətini dayandırmalıdır”
“Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə də əl atmalıdır”
Ötən gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə videokonfrans vasitəsilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Müzakirədə atəşkəsin qorunması və danışıqların aparılması barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, yaxın günlərdə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüşün baş tutacağı da gözlənilir.
Nazirlə həmsədrlərin müzakirələrini “Sherg.az”a şərh edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, həmsədrlər “Hamının Hamıya” prinsipi üzrə əsirlərin dəyişdirilməsi, “Yenilənmiş Madrid prinsipləri” üzrə danışıqların aparılmasını Ermənistana qəbul etdirə bilmir.
Analitik vurğulayıb ki, Ermənistan hakimiyyəti məsələyə iki prinsipdən yayınır:
“Düşmən tərəf danışıqları mənasız edərək, yalnız atəşkəsin qorunması ilə razılaşır. Ermənistan “əsirlərin dəyişdirilməsi separatçıların daxili işidir” deyərək, avantüraya əl atır. Halbuki, Nikol Paşinyan Prezident İlham Əliyevə bununla bağlı məşğul olacağı barədə söz vermişdi. Amma bir ildən artıqdır ki, Paşinyan bu məsələdən geri çəkilib. Həmçinin, rəsmi İrəvan separatçıların da prosesdə yer almasını irəli sürərək münaqişənin həlli prosesini tormozlayır”.
Siyasi şərhçinin fikrincə, həmsədrlərin videokonfrans keçirməkdə məqsədi status-kvonu qoruyub saxlamaqdır:
“Əgər, Minsk Qrupunun həmsədrləri əsirlərin dəyişdirləməsini və “Yenilənmiş Madrid prinsiplərini” Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, öz fəaliyyətini dayandırmalıdır. Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə də əl atmalıdır.
Həmsədr ABŞ-ın danışıqlarda passivliyi təəssüf doğurur. Görünür, Amerikada prezident seçkiləri, Tramp adminstrasiyasının Yaxın Şərq, Avropa ilə bağlı siyasəti konfliktin həllinə marağı azaldıb. Bu da Rusiyanın daha güzəştsiz mövqe və status-kvonun qorunması üçün əlindən gələni edəcəyinə zəmin yaradır. Məlumdur ki, bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin vidoekonfrans vasitəsilə danışıqları olacaq.
Bu danışıqlardan da ciddi bir proses gözlənilmir.
Ermənistan hakimiyyəti hazırda daxili siyasi gərginlikdən dolayı cəbhədə atəşkəsin qorunmasında maraqlıdır. Nikol Paşinyana qarşı müxaifətin təzyiqlərinin artdığı bir dönəmdə onun kompromisə gedəcəyi mümkün deyil. Heç əsirlərin dəyişdirlməsinə getməyəcək. Bu danışıqlardan da müsbət dinamika gözlənilmir”.
M.Əsədullazadənin sözlərinə görə, Azərbaycan Ermənistan tərəfinə Qarabağa üçüncü yolun çəkilməməsi, Qubadlı və Zəngilanda yaşayış yerlərinin salınmaması barədə ciddi ultimatum verməli və bunun hərbi təzyiqlərlə cavab veriləcəyini vurğulamalıdır:
“Azərbaycan xarici işlər nazirliyi Ermənistanla apardığı danışıqların nəticələrini elan etməlidir və Ermənistanın mövqeyini açıqlamalıdır. Ermənistan tərəfinin ərazilərin boşaldılmasında maraqlı olub-olmaması ictimaiyyətə çatdırımalıdır. Rusiya da prosesdə maraqlı deyil. Azərbaycanın Türkiyə ilə birgə mövqe ortaya qoyması və Araz boyu ərazilərdə hərbi əməliyyat keçirməsi mümkündür. Bununla separatçıların İranla quru əlaqəsini kəsmək lazımıdır. Ordumuzun hazırlığı yüksək səviyyədədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə