“Hərbi və informativ müharibə paralel aparılır” – Ordumuz müzəffər, xalqımız mərd !
Fidan Həmişəyeva
15:20 29.09.2020
Qarabağ
899
“Düşmən hazırda panikaya qapılıb, erməni əsgərləri fərarilik etməyə başlayıb, əhali təşviş içindədir”
“Ona görə də düşmən həqiqəti əks etdirməyən videolar yayaraq dezinformasiyalara əl atırlar”
Sentyabrın 27-də, səhər saatlarında Ermənistan ordusunun cəbhəboyu ərazilərdə törətdiyi təxribatdan sonra ordumuz əks-hücum əməliyyatlarına başladı. Artıq 3 gündür ki, sosial şəbəkələrin əsas gündəmi cəbhə xəbərləridir. Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir. Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.
Dünəndən etibarən düşmən saytlarında videolar yayılıb. Videoda qeyd olunub ki, guya bir neçə əsgərimiz həlak olub və tanklarımız sıradan çıxarılıb. Lakin sözügedən görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub. Maraqlısı isə budur ki, video tamamilə səssiz kadrla çəkilib. Bu isə düşmənin növbəti saxtakarlığını göstərir.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan Milli qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev bildirib ki, hərbi müharibə ilə informasiya müharibəsi paralel olaraq aparılır. Onun sözlərinə görə, düşmən hazırda panikaya qapılıb. V.Quliyev qeyd edib ki, erməni əsgərləri fərarilik etməyə başlayıb, əhali təşviş içindədir:
“Rusiya mətbuatı yayır ki, Ermənistan əhalini daşımaq üçün avtomobil axtarışındadır, əhalini Dağlıq Qarabağdan köçürmək üçün müxtəlif yerlərə maşın üçün müraciət edirlər.
Ermənilər hazırda məhv olmaq qorxusunu yaşayırlar. Çünki bu vicdansızlar Xocalı hadisəsini törədiblər və o qədər vəhşi, barbar millətdirlər ki, elə bilirlər eyni hadisə onların da başına gələcək.
Son vaxtlar dəfələrlə Azərbaycan tərəfi Ermənistana xəbərdarlıq edir ki, sərhəd zonasında olan kəndləri, mülki əhalini, mal-qaranı atəşə tutmayın, gücünüz çatırsa, hərbçilərlə vuruşun. Amma onlar hər vəchdə Azərbaycanı təxribata cəlb etmək istəyirlər. Lakin ordumuz bu provokasiyalara getmir”.
Milli qəhrəman vurğulayıb ki, düşmənin yaydığı videolar həqiqəti əks etdirmir:
“Video səssiz yayılıb. Çox güman ki, bu görüntülərdəkilər heç bizim əsgərlərimiz də deyil. Məqsədləri cəmiyyətimizdə təşviş yaratmaq, vətəndaşlarımızı çaşdırmaqdır. Ordumuz hər gün yeni nailiyyətlər əldə edir.
Artıq Fizuli rayonu düşməndən azad olunmaq ərəfəsindədir. Döyüşlərdə ermənilərin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bütün bunlar əsas verir ki, həqiqətən də ordumuzun qalibdir.
Xalqımız pessimizə qapılmalı deyil, millətimizdə ruh yüksəkliyi olmalıdır. Dövlətimiz, xalqımız və əsgərlərimiz vəhdət təşkil edir. Bütün bunlar erməniləri qorxudur. Ona görə də belə dezinformasiyalara əl atırlar. Əminəm ki, xalqımız bu videolara inanmayacaq. Hər kəs qələbə gözləyir.
Bu qələbə qısa müddətdə baş verəcək. Sübut olunacaq ki, ermənilərin özləri təşviş içində olduqları üçün belə əməllərə əl atırlar. Onlar sadəcə olaraq çarəsizdirlər, yazıqdırlar!. Ona görə də belə gülünc işlərlə məşğul olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm