Hikmət Hacıyev atəşkəsin davam edib-etməyəcəyinə münasibət bildirib
10:07 11.10.2020
Qarabağ
520
"Gəncəyə “Toçka-U” sistemindən atılan raketin hazırda trayektoriyası qiymətləndirilir”.
Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici mətbuata açıqlamasında deyib.
H. Hacıyev atəşkəsin davam edib-etməyəcəyi barədə suala da cavab verib: “Göründüyü kimi, Ermənistan tərəfindən atəşkəs pozulub, artıq mülki insanlara qarşı hücum həyata keçirilir. Hesab edirik ki, bunun qiymətini beynəlxalq ictimaiyyət, bu istiqamətdə vasitəçilik aparan tərəflər verməlidir. Bu, eyni zamanda vasitəçilik missiyasını həyata keçirən tərəflərə qarşı hörmətsizlikdir. Ermənistana raket sistemləri satan tərəflər də bunu bir daha ciddi şəkildə düşünməlidir. Onlar görməlidirlər ki, Ermənistan bu kimi dəhşətli silahları mülki insanlara qarşı istifadə edir. Bu kimi dəhşətli silahlar belə şərəfsiz və alçaq insanların əlində olduqda, onların bunu hansı məqsədlərlə istifadə etdikləri ortadadır - mülki insanlara, uşaqlara qarşı. Bu kimi halların qarşısı alınmalıdır. Son dövrlər Ermənistan mülki təyyarələrdən istifadə edərək silah daşınmasını həyata keçirir. Bu cinayət görün hansı həddə çatıb ki, bunlar mülki təyyarədən istifadə edərək silah daşınmasını həyata keçirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya