İcma bəyanat yaydı: Ermənistan ölkəmizə hücumlar üçün fürsət axtarır
15:10 20.08.2020
Qarabağ
1117
Dağlıq Qarabağın Azərbaycanlı İcması bəyanat yayıb.
"Sherg.az"ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, təcavüzkar Ermənistan Azərbaycana qarşı hədə və təhdidlərini davam etdirir:
- Son günlər, belə bir təhdid Azərbaycanın tarixi şəhəri Gəncənin vurulacağı ilə bağlı yayılıb. Ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə səsləndirilən bu bəyanat Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, azərbaycanofobiyanın növbəti təzahürüdür.
Gəncə kimi qədim tarixə malik, dünya mədəni irsində xüsusi yeri olan şəhərin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir. Bu bir daha onu göstərir ki, Ermənistan terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu gün də həmin xətti israrla davam etdirir.
Son günlərdə yayılmış Ermənistanın milli təhlükəsizlik strategiyası sənədində də bu öz təsdiqini tapıb. Bəşəriyyət tarixində mühüm rolu olmuş qədim sivilizasiyanın məhv olmasına sevinən Ermənistan rəhbərliyindən ayrı nəsə gözləmək mənasızdır. İşğalçı Ermənistan dağıtdığı, məhv etdiyi həyat və irsimiz üzərində də öz “rifahını” qurmağa çalışır.
Bir tərəfdən Gəncənin mülki əhalisini qırğına məruz qoymaqla təhdid edən bu ölkə, digər tərəfdən işğal etdiyi ərazilərimizdə yaşayan “mülki əhalinin qorunması” üçün yeraltı sığınacaqlar tikir. Bu onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır.
Biz münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icma ilə bərabər ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birlikdə yaşamasını dəstəkləyirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya