“İnformasiya və diplomatik məkanlarda da müharibə aparılır”
Turan
12:56 21.07.2020
Qarabağ
1248
“İyulun 12-dən etibarən ermənilərin Tovuz istiqamətində təxribata əl atması, mövqelərimizi, kəndlərimizi atəşə tutması, hərbiçilərimizi və mülki şəxslərimizi şəhid etməsi ölkə vətəndaşları ilə yanaşı, dünya azərbaycanlılarının da hiddətinə səbəb olub”.
Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
Birlik rəhbəri qeyd edib ki, ermənilərin mənfur təxribatı cavabsız qalmayıb və düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib:
“Azərbaycan xalqı haqlı olaraq Ermənistanın sonuncu təxribatı da daxil olmaqla, ölkəmizə qarşı aparılan işğalçılıq siyasətinə və bu siyasətə göz yuman beynəlxalq qurumlara öz kəskin etirazını bildirir. Hazırda müharibə təkcə hərbi meydanlarda deyil, eyni zamanda informasiya və diplomatik məkanlarda da paralel aparılır.
Düşməni məğlub etmək üçün təkcə hərbi güc yetərli deyil. Eyni zamanda ermənilərin hiyləgər siyasətini ifşa etmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün bütün cəbhələrdə döyüşmək vacibdir.
Tovuz istiqamətində gedən döyüşlərlə bağlı ordumuza dəstək vermək və erməni yalanlarını ifşa etmək məqsədilə Azərbaycandan kənarda yaşayan soydaşlarımız yaşadıqları ölkələrdə müxtəlif tədbirlər və aksiyalar təşkil edirlər.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar erməni diasporasının yalanlarına qarşı sərt mövqe sərgiləyir. Son məlumatlara görə, 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları bəyanatlar veriblər. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə 41 aksiya keçirilib və 10 mindən çox soydaşımız iştirak edib”.
QHT sədrinin fikrincə, diasporamızın qısa müddətdə təşkilatlanaraq bu tədbirləri keçirməsi, Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək:
“Xarici ölkələrdə keçirilən aksiyalar daha çox Ermənistan səfirliklərinin və beynəlxalq qurumların qaşısında baş tutur. Paralel olaraq Azərbaycan səfirliklərinin qaraşınında ermənilər tərəfindən planlaşdırılan aksiyalara adekvat cavab verilir. Həmin aksiyalarda soydaşlarımız erməniləri say etibarı ilə, təbliğat materialları və səsgücləndirici vasitələrlə sıxışdırır, məğlub edirlər.
Sözsüz ki, bu tip aksiyalarda vizual görüntülərin də təsir imkanları böyükdür. Azərbaycan diasporası səs gücləndiricilərdən, bayraqlardan, posterlərdən, bannerlərdən geniş formada istifadə etməklə, erməni vəhşilikləri haqqında geniş təəssürat yaradırlar. Bütün tədbirlər sosial şəbəkələr vasitəsilə geniş yayımlanır. Hər bir şəxs imkanı daxilində bu məlumatları yaymaqla geniş auditoriyaya çatmasına yardımçı ola bilər”.
C.Hüseynzadə vurğulayıb ki, təşkil olunan aksiyalarda soydaşlarımız Ermənistanın təcavüzünü qınayaraq, işğala son qoyulmasını tələb edirlər:
“Aksiyalar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinə kəskin etirazıdır. Bu etirazla soydaşlarımız dünyanın sülhpərvər insanlarının diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətə çəkir.
Həmçinin, beynəlxalq təşkilatlara Azərbaycan xalqının bu işğalla barışmayacağı mesajını verir. Hesab edirəm ki, diaspora fəaliyyətində də mühüm dəyişikliklər baş verməkdədir.
Soydaşlarımız xeyli fəallaşıb. Lakin Azərbaycanın müvafiq strukturları tərəfindən diasporaya texniki dəstəyin artırılması və digər mümkün dəstək mexanizmləri üzərində iş bir qədər də inkişaf etdirilməlidir.
Diasporamızın fəaliyyəti təkcə aksiyalarla bitməməli, lobbiçilik fəaliyyəti və media üzərindən təbliğat işləri də paralel aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət