Millət vəkili: “Ağır itkilər qarşısında şəhid ailələrinin mətin dayanması qürurvericidir"
Fidan Həmişəyeva
09:28 19.07.2020
Qarabağ
847
“Xalqımız hər zaman bütün çətinliklərin öhdəsindən gəlib. Bunu əsrlər boyu görmüşük. Cənab Prezidentin dediyi kimi, qarşımızdakı mənfur düşmən heç bir zaman açıq döyüşdə qələbə qazanmayıb”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
Parlament üzvü bildirib ki, ermənilər həmişə arxa cəbhədə təxribatlar törədərək torpaqlarımızı ələ keçirməyə çalışıblar:
“Hazırda iki qorxunc düşmənlə - koronavirus pandemiyası və əzəli düşmənimiz olan Ermənistanla mübarizə aparırıq. Dünya arenasına baxsaq, əsrlər boyu dövlətini qurmaq uğrunda mübarizə aparan xalqlar belə dövlət deyilən nemətdən faydalana bilməyiblər. Amma xalqımızın böyüklüyü ondadır ki, gərgin mübarizələr hesabına müstəqil dövləti əldə etdi.
Ali Baş Komandanımız hər zaman torpaqlarımızın işğalı ilə barışmayacağını deyir. Biz vətəndaşların üzərinə düşən isə ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizi qorumaq üçün qarşımızda olan manelərə qarşı birlikdə mübarizə aparmaqdır”.
Millət vəkili qeyd edib ki, şəhidlərimizin qarşılanmasında vətəndaş mövqeyi bir daha sərgiləndi:
“Ağır itkilər qarşısında şəhid ailələrinin mətin dayanması qürurvericidir. Biz Səfəvilər kimi böyük dövlət qurmuş xalqın nümayəndələriyik. Ona görə də dövlətimizi qorumaq instinkti hər brimizdə var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm