“Moskva başımızın altına “siyasi yastıq” qoyur, amma...” - AKTUAL
Fidan Həmişəyeva
16:15 27.08.2020
Qarabağ
1145
“...Bilməlidirlər ki, indi vəziyyət dəyişib. Türkiyə Ordusu ölkəmizdədir və buranı tərk etməyib”
“Moskva NATO qoşunlarının Rusiya sərhəddinə gəlməsini istəmir”
“Ona görə də Popov hələlik bu məsələni gündəmə gətirib”
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırır. Onun sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətlə əlaqədar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar:
“Hazırda sərhədlər bağlıdır. Ona görə də regiona səfər gerçəkləşdirə bilmirik. Sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırırıq”.
Səfərin hansı məqsədlə planlaşdırılmasını şərh edən siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Popovun bu bəyənatı daha çox Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfərinə hesbalanmış siyasi gedişdir. Politoloq qeyd edib ki, ATƏT bu günə qədər Azərbaycan-Ermənistan münaqişəsində nəyi həll edibsə, bundan sonra da həmin məsələni həll edəcək:
“Əslində növbəti səfərlər olacaq. Bildirəcəklər ki, formatı dəyişmirik, istəyirik hər iki ölkə razılığa gəlsin. Həmişəki kimi ümumi sözlər və fikirlər söylənəcək. İnanmıram ki, ATƏT Azərbaycan-Ermənistan münaqişəsində nəyisə həll etsin.
Bilərəkdən bura “Dağlıq Qarabağ” terminini daxil etmirəm. Çünki bütün hallarda Ermənistan Azərbaycanla münaqişəyə girib. Biz Dağlıq Qarabağı həmin münaqişəyə əlavə edib, yeni bir siyasi termini gündəmə gətirsək, belə çıxır ki, Azərbaycanın əsas münaqişəsi Dağlıq Qarabağla bağlıdır”.
Analitik vurğulayıb ki, Türkiyə Ordusu ölkəmizdədir və buranı tərk etməyib:
“Türkiyə Azərbaycanın ərazi bütövlüyünün bərpasında çox maraqlıdır. Nəzərə alsaq ki, Pakistan da bu işlərdə iştirak etmək istəyir. Türkiyə NATO-nun üzvüdür. Moskva NATO qoşunlarının birbaşa Rusiya sərhəddinə gəlməsini istəmir.
Ona görə də Popov hələlik bu məsələni gündəmə gətirib. Çünki Rusiya Müdafiə Naziri Sergey Şoyqu Azərbaycana gəldi, bizim xarici işlər nazirimiz də Moskvaya səfər etdi.
Amma bütün hallarda yenidən Azərbaycanın başının altına “siyasi yastıq” qoyur k, yenidən “yatsın”. Amma bilməlidirlər ki, bu dəfə vəziyyət tamam başqadır. Əmin olaq ki, bu məsələlər ölkəmizin xeyirinə həll olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual