"Münaqişənin həlli istiqamətində heç bir müsbət dəyişiklik baş verməyəcək"
Turan
11:09 12.07.2020
Qarabağ
819
"Qarabağ münaqişəsinin həlli prosesi nə üçün “dalan”a dirənib? Danışıqlar niyə nəticəsiz qalır? Bu gün bu suallar hər bir azərbaycanlını düşündürür".
Bu sözləri "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı sonuncu görüş də əvvəlkilər kimi nəticəsiz qaldı:
"Bu görüşdən sonra həll prosesində heç bir aktivlik baş vermədi. Onsuz da belə bir nəticə gözlənilən idi. Çünki aktivliyin hiss olunması üçün təkcə Azərbaycanın fəal diplomatiya yürütməsi və Prezident İlham Əliyevin danışıqlar prosesində konstruktiv mövqe tutması yetərli deyil. Təktərəfli konstruktivlik gözlənilən nəticəni verə bilməz. Burada əks tərəfin, işğalçı Ermənistanın da eyni konsruktivliyi nümayiş etdirməsi olduqca vacibdir. Paşinyan sülh danışıqlarının davam etdirilməsinə sözdə sadiqlik göstərir. Realda isə imitasiya etməklə məşğul olur, danışıqlar prosesinə zərbə vuran pozucu addımlar atır. Sözsüz ki, belə halda münaqişənin həlli istiqamətində heç bir müsbət dəyişiklik baş verməyəcək".
Analitik vurğulayıb ki, rəsmi İrəvan münaqişənin həllində yox, status-kvonun qorunub saxlanmasında maraqlıdır:
"Bu isə Azərbaycanı əsla qane edə bilməz. Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması və Azərbaycan sərhədlərində mütəmadi olaraq təxribatların törədilməsi sülhə deyil, işğalçı siyasətin davam etdirilməsinə xidmət edir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz vasitəçiliyi və seyrçi mövqeyi də tərəflər arasında sülhün əldə edilməsinə və işğala son qoyulmasına ciddi şəkildə mane olur. Vasitəçilər sanki bir-birilə öncədən razılaşıbmış kimi eyni mövqedən çıxış edərək, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş addımlarına həmişə göz yumurlar. Onlar sadəcə görüntü, fon yaratmağa çalışırlar. Cənab prezident də Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu məsələyə toxundu və qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gah nala, gah da mıxa vurmaqla məşğuldurlar. Nə qədər acı olsa da, doğrudan da belədir".
Ə.Hüseynov bəyan edib ki, məhz vasitəçilərin qeyri-prinsipial və müəmmalı davranışı işğalçı Ermənistanın daha da ürəklənməsinə və aqressiv siyasət yürütməsinə stimul verir:
"Əgər vasitəçilər işğalçı tərəfə heç bir hüquqi, siyasi və psixoloji təzyiqlər göstərmirsə və ona qarşı sanksiyalar tətbiq etmirsə, təbii ki, danışıqlar prosesindən hər hansı bir müsbət nəticə gözləməyə dəyməz. Odur ki, artıq Azərbaycan ictimai rəyində bu səpkidə effektsiz, nəticəsiz görüşlərin davam etdirilməsinə ehtiyacın olmaması qənaəti formalaşıb. Prezident İlham Əliyev də danışıqların nəticəsiz olduğunu birmənalı şəkildə vurğuladı. İndi Paşinyan iqtidarı da, ATƏT-in Minsk qrupunun həmsədrləri də özlərində məsuliyyət hiss etməlidir. Bundan sonra imitasiya etmək, görüntü yaratmaq taktikasının işləməyəcəyini anlamalıdır. Azərbaycanın güzəştlər limiti və səbri tükənmək üzrədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət