“Nazirimizin Rusiyaya verməli olduğu məntiqi suallar çoxdur”- AKTUAL
Fidan Həmişəyeva
14:13 04.09.2020
Qarabağ
1566
“Ermənilərin mövqeyi Moskvanın vasitəçiliyinə ziddirsə, deməli, siyasətdə hansısa dəyişikliklər olmalıdır. Məntiq bunu göstərir”
“Belə fikirlər səslənir ki, işğal olunmuş ərazilərin bir qismi birinci mərhələdə azad edilməlidir”
“Ermənilər bunu qəbul etmirlərsə, onda Kreml hərbi balansı saxlamaqla birbaşa ermənilərin mövqeyinə güc verib, dəstəkləyir”
Azərbaycanın müdafiə naziri general -polkovnik Zakir Həsənov Moskvaya səfər edib. Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir. Bu səfərlə bağlı ictimaiyyətimizi düşündürən müəyyən suallar var. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfərində məhz bu məqamlar müzakirə edildi. Rusiyalı nazir Ermənistana silah göndərilməsinin hərbi məqsəd daşımadığını söylədi. Qarşı tərəf bəhanələrlə suallardan yayınıb, əsassız cavablar səsləndirsə də, həqiqət bəllidir. Bəs, müdafiə nazirimizin Moskva səfərində bu faktlar müzakirə edilib, hansısa nəticələr ələd edilə bilərmi?
Suallarımızı cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, doğrudan da, bəzi məsələlər Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir:
“Söhbət Ermənistana silahların göndərilməsi ilə əlaqədardır. Hesab edirəm ki, səfər çərçivəsində bu məsələlərə aydınlıq gətiriləcək. Bəzən Rusiya tərəfindən belə fikirlər səslənir ki, guya onlar balans saxlamağa üstünlük verirlər.
Birincisi, balans saxlamaq onların hansı öhdəliklərindən irəli gələn məsələdir? İkincisi, onlar bu fikri söyləyirlərsə və ermənilərin mövqeyi Rusiyanın vasitəçiliyinə ziddirsə, deməli, siyasətdə hansısa dəyişikliklər olmalıdır. Məntiq bunu göstərir.
Bəzən eşidirik ki, Rusiya tərəfi bəyənatlar yayır. Belə fikirlər səslənir ki, işğal olunmuş ərazilərin bir qismi birinci mərhələdə azad edilməlidir. Ermənilər bunu qəbul etmirlər.
Qəbul etmirlərsə, onda Rusiya hərbi balansı saxlamaqla birbaşa ermənilərin mövqeyinə güc verib, dəstəkləyir. Məntiqi suallar çoxdur. Hesab edirəm ki, cənab nazir ictimaiyyətimizi narahat edən sualların hamısını təkrarən Rusiyaya verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil