Amma əsl həqiqətdə isə hər kəs bilir ki, “Qarabağ xalqı”, “Artsax xalqı” deyilən bir etno-siyasi anlayış və beynəlxalq münasibətlərin subyekti yoxdur.
Növbəti erməni həyasızlığı ! - İndi də “Qarabağ xalqı”kartını oynamaq istəyirlər !
Turan
13:44 02.07.2020
Qarabağ
1392
“Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır”
“Ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək”
Məlumdur ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı erməni tərəfinin yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi işlədilib. Ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar. Hazırda həmin ərazilərdə məskunlaşan (məskunlaşdırılan) gəlmələri də “Artsax xalqı” kimi təqdim edirlər.
Amma əsl həqiqətdə isə hər kəs bilir ki, “Qarabağ xalqı”, “Artsax xalqı” deyilən bir etno-siyasi anlayış və beynəlxalq münasibətlərin subyekti yoxdur.
Məsələni “Sherg.az”a dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib ki, mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır. Partiya rəhbəri bildirib ki, Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır:
“Azərbaycan Respublikasının vətəndaşları sayılan Dağlıq Qarabağdakı ermənilər Azərbaycan xalqının bir parçası olmaq istəyirsə, buyursunlar, biz bundan yalnız və yalnız məmnun olarıq. Ermənistan XİN-i isə bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməniləri “Artsax xalqı” kimi təqdim edir. Həm özlərini, həm də dünya ictimaiyyətini bu yalana, bu mifə inandırmağa çalışır.
“Artsax Respublikası” adında bir “ölkə”, “dövlət” yoxdur. Dünya birliyi belə qondarma xunta rejimini “müstəqil dövlət” kimi qəbul etmir, tanımır. Tanınmayan bir “respublika”nın separatçı fərdlərini “xalq” kimi təqdim etmək yalnız Ermənistanın xülyapərəst diplomatlarının və siyasətçilərinin ağlına gələ bilər”.
Ə.Hüseynovun sözlərinə görə, biz dünya birliyinin reallıqlarından və beynəlxalq hüququn məntiqindən çıxış edirik:
“Ermənilər isə uydurduqları miflərə inanmaqda davam etsinlər. Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır. Dağlıq Qarabağın azərbaycanlı icmasını yurd-yuvalarından didərgin salıb, oradakı ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə