Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə Bakı şəhərindən 14 ailə (74 nəfər), Abşeron rayonundan 4 ailə (20 nəfər), Sumqayıt şəhərindən 1 ailə (6 nəfər), Sabirabad rayonundan – 1 ailə (3 nəfər) olmaqla, cəmi 20 ailə (103 nəfər) köçürülüb.
Elgün Gəncimsoy
***
06.27
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə Bakı şəhərindən 14 ailə (74 nəfər), Abşeron rayonundan 4 ailə (20 nəfər), Sumqayıt şəhərindən 1 ailə (6 nəfər), Sabirabad rayonundan – 1 ailə (3 nəfər) olmaqla, cəmi 20 ailə (103 nəfər) köçürülür.
Ümumilikdə, indiyə qədər 756 nəfər olmaqla, 152 ailə kğçürülüb.
Bildirilib ki, boş olan 25 evə qrafikə əsasən yanvar ayının 29-u köç olacaq.
Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan RİH-nin nümayəndələri tərəfindən yola salınıb, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Bununla da, ümumilikdə, 1 şəhər, 10 rayonun 37 yaşayış məntəqəsində 6686 ailə (26 728 nəfər) məskunlaşmış olacaq.