“Paşinyan “Olum ya Ölüm” dilemması qarşısında…” - Yolun sonu görsənir !
Turan
11:13 19.06.2020
Qarabağ
1365
“Ermənistanda siyasi zorakılıqlara rəğmən, Qərbin susqunluğu Paşinyanın Rusiyaya bağlı qüvvələrə qarşı mübarizə apardığına görədir”.
Bu barədə “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Paşinyan hakimiyyətdə qalmaq üçün “Olum ya Ölüm” dilemması qarşısında mübarizə aparır:
“Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdı. Ölkədə demokratik cəmiyyət quracağı şüarı ilə hakimiyyətə gələn Nikol Paşinyana yolun sonu görsənir. Baş verənlər eks-prezident Serj Sarkisyanın başçılığı altında “Qarabağ klanı”nın toparlanıb Nikol Paşinyana qarşı hücuma keçməsinə gətirə bilər. Paşinyanın istefasını tələb edən “Çiçəklənən Ermənistan" partiyasının sədri Q.Sarukyanın həbsi və deputat toxunulmazlığını ləğvi ölkədə siyasi böhranı dərinləşdirir. Parlamentdə "Sarukyan" fraksiyası Məclisdə iştirak etmir. Bu da parlamentin böhrana girməsinə səbəb olur. Paşinyan Sarukyanı zərərləşdirməklə Rusiyanın təsirlərini azaltmağa çalışır. İki həftə bundan əvvəl Putinin Paşinyana zəngi ilə Koçaryan azad edilsə də, Moskvanın “stavka” etdiyi “Çiçəklənən Ermənistan” partiyasının rəhbərinə qarşı siyasi repressiya başladı”.
Siyasi şərhçiyə görə, Paşinyan Robert Koçaryanı azad etməklə Rusiyanın qaz qiymətlərində endirim etməsinə nail olmağa çalışır:
“Paşinyan gördü ki, ölkədə iqtisadi vəziyyət ağırlaşır. Həmçinin, mövcud siyasi böhran onun hakimiyyətinə risk yaradır. Ona görə də buna getdi.
Bununla Ermənistan cəmiyyətində Paşinyanın qorxaq obrazı yarandı. Koçaryanın Paşinyana qarşı yenidən siyasi mübarizəyə başlaması mümkündür.
Artıq Paşinyan üçün siyasi sabitlik gözlənilmir. O, bütün resurslarını özünə qarşı qüvvələrə cəlb edəcək. Nəticədə iqtisadiyyatda islahatlar olmayacaq. Bu da ölkədə sosial vəziyyəti gərginləşdirəcək.
Bundan sona baş nazir Nikol Paşinyan daxildə özünə qarşı qüvvələrlə mübarizə aparacaq. Nəticədə Qarabağ məsələsi onun üçün prioritet olmayacaq. Sadəcə bəyanatlar verməklə status-kvonu saxlamağa çalışacaq.
Hakimiyyətini qorumaq üçün Qarabağ münaqişəsinin həllini təhlükəli görür. Məhz bu xüsusda Azərbaycanla aparılacaq danışıqlarda manipulyasiya ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə