“Prezident ailəsi ilə birgə Şuşaya səfər edib, baxıb sevindim”
Yusif Sultanoğlu
13:34 15.01.2021
Qarabağ
554
Xəbər verdiyimiz kimi İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikbu Şuşanın İslam dünyasının paytaxtı adlandırılması barədə açıqlama verib. O, yanvarın 14-də keçirilən tədbirdə məsələ ilə bağlı bunları söyləyib:
“Təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı elan olunsun. Hesab edirəm ki, bu yaxın vaxtlarda baş tutacaq”.
Şübhəsiz ki, Şuşa hər gözəl ada layiqdir. Həm Azərbaycan mədəniyyətinin, həm də İslam dünyasının paytaxtı titulu məhz Şuşaya yaraşır.
“Sherg.az”la söhbətləşən xalq artisti Rasim Balayev də İSESKO-nun Şuşayla bağlı təklifini yüksək qiymətləndirib. Sənətkar bunun xoş xəbər olduğunu deyib:
“Biz fəxr etməliyik. Hər halda bununla bağlı beynəlxalq tədbirlər də təşkil olunacaq. Bir neçə il öncə ağlımıza gəlməzdi ki, Şuşa azad ediləcək və biz orda keçirilən tədbirlər haqqında düşünəcəyik.
Bu gün də Prezident ailəsi ilə birgə Şuşaya səfər etdi. Baxıb, sevindim, qürur duydum. Bəlkə də, bütün bunları yaşayacağımıza inanmazdıq.
Məsələn sonuncu dəfə 1989-cu ildə Şuşada olmuşam. İllər ötüb, 28 ildir Şuşa işğalda idi. İstəməyə-istəməyə onun yoxluğuna alışmışdıq. İndi isə Şuşayla bağlı layihələri müzakirə edirik.
Dediyim ki, yaxşı addımdır. İslam dünyasının paytaxtı böyük addır. Müsbət dəyərləndirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat