Prezident İlham Əliyev: "Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır"
16:24 07.10.2020
Qarabağ
528
Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikri CNN-Türk televiziyasına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualına cavabında səsləndirib.
“Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir: “İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya