PROQNOZ -“İlin sonunda Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” - NECƏ?
Fidan Həmişəyeva
09:15 24.09.2020
Qarabağ
1321
“Azərbaycanın yeganə çıxış yolu qalıb. O da antiterror əməliyyatını həyata keçirməkdir”
Son günlər ermənilərin Azərbaycana qarşı növbəti təxribatı gərginliyin şiddətlənməsinə səbəb olub. Artıq bəzi bölgələrimizdə yüzlərlə insan səfərbərlik idarəsinin qarşısına toplaşıb. Vətəndaşlarımız könüllü olaraq cəbhəyə gedib torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyirlər. Müharibənin başlayacağına dair bəzi iddialar da səslənir. Çünki ötənlərdə cəbhədə vəziyyətin gərginləşməsi ilə Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.Yayılmış rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.
Vurulan PUA əraziyə düşərək partlayıb. Təəssüf ki, şəhidimiz də var. Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Prosesləri “Sherg.az”a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanda gedən proseslər bütün hallarda tarixi zərurətdən doğan prosesdir. Analitikin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycan sülh və danışıqlar yolu ilə Qarabağ məsələsini həll etmək istəyir:
“Cənab Prezident iradəsini ortaya qoyub əsas tələb etdiyi məsələ, bilavasitə Azərbaycanın sərhəd bütövlüyü təmin olunmaq şərti ilə Dağlıq Qarabağın statusu məsələsini həll etməkdir. Amma zaman-zaman ermənilər öz xislətinə uyğun olaraq ya danışıqların gedişini, ya da atəşkəsi pozublar. Bütün hallarda Ermənistanın başında duranlar Qarabağ məsələsi ilə öz hakimiyyətlərini təmin ediblər.
Hazırda tarixi şərait yetişib. Birgə təlimlərdən sonra Türkiyə ordusu da Azərbaycanı tək buraxmamaq üçün ölkəmizdədir. Azərbaycanın yeganə çıxış yolu qalıb. O da antiterror əməliyyatını həyata keçirməkdir. Artıq ermənilər də bunu yaxşı dərk edirlər. Ona görə də sosial şəbəkələrdə saxta profillərlə məlumat toplamağa çalışırlar”.
C.Nuriyev qeyd edib ki, Azərbaycanın tutduğu mövqe çox güclüdür:
“Ona görə də ölkəmizdəki “5-ci kolon” çox güclü anti-Azərbaycan təbliğatına başlayıb. Azərbaycanda hay-küy salıb əhaliyə təzyiq göstərənlər də onlardır. Buna baxmayaraq inanıram ki, ilin sonunda Azərbaycanın ərazi bütövlüyü bərpa olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat