PUA-larımız iş başında ! - “Qarabağda hərəkətlilik izlənilir” - Müharibə riski... !
Turan
09:48 04.01.2021
Qarabağ
1242
“Erməni silahlılarının gizlicə Qarabağa keçirilməsi və növbəti təxribatlarla bağlı ehtimallar müharibə riskini artırır”
"Rusiya prezidenti Vladimir Putinin də bəyan etdiyi kimi yeni müharibə Ermənistanın intiharı deməkdir”
“Hər şeyə rəğmən öz torpaqlarımızı qoruyacağıq. Ermənilər və ruslar bu reallığı nə qədər tez dərk etsələr, o qədər onların faydasınadır"
"Laçın dəhlizində erməni hərəkətliliyi hamımızı narahat edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya rəhbəri bildirib ki, erməni silahlılarının gizlicə dəhlizdən Qarabağa keçirilməsi və növbəti təxribatlarla bağlı ehtimallar müharibə riskini artırır:
"Azərbaycan dövləti öz ərazisində hansısa silahlı qruplaşmaların, terrorçu dəstələrin varlığın göz yummayacaq. Türkiyə ilə birlikdə Ermənistan və Rusiyanın bütün fəaliyyətini nəzarətdə saxlanılır.
PUA-larımız işğaldan azad olunmuş torpaqları, eyni zamanda 4 rayonun ərazisini mütəmadi izləyir. Istənilən hərəkətlilik qeydə alınır və sənədləşdirilir. Təxribatlarla bağlı toplanan faktlar, video-görüntülü dəlil-sübutlar bizə hüquqi imkan verəcək ki, üçtərəfli Bəyanatdan birtərəfli çıxaraq torpaqlarımızı quldurlardan təmizləyək. Düşünmürəm ki, Rusiya belə bir risk’ getsin. Amma ermənilər ağılsız olduqları üçün yenidən xülyalara qapıla bilərlər".
T.Abbaslı vurğulayıb ki, əgər Qarabağın müəyyən bölgələrinə separatçı və terrorçular yenidən cəmləşərsə, yenidən anti-terror əməliyyyatına başlayıb problemi birdəfəlik həll etmək şərt olacaq:
"Rusiya prezidenti Vladimir Putinin də bəyan etdiyi kimi yeni müharibə Ermənistanın intiharı deməkdir. Növbəti savaş sadəcə Qarabağın deyil, Ermənistanın da taleyini həll edəcək. Ona görə də Ermənistan və Rusiya tərəfini belə avantürist cəhdlərdən çəkinməyə çağırıram. Hər kəsə, hər şeyə rəğmən öz torpaqlarımızı qoruyacağıq. Ermənilər və ruslar bu reallığı nə qədər tez dərk etsələr, o qədər onların faydasınadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə