Qarabağ nəzarətsiz qalıb, virusa yoluxan ermənilərin dərdini ağlayan yoxdur - Politoloq
Fidan Həmişəyeva
14:57 23.04.2020
Qarabağ
1615
“Koronavirus pandemiyası beynəlxalq ictimaiyyətin məşğul olduğu münaqişələrin həlli məsələsini unutdurmayıb, əksinə, onun həllini aktuallaşdırıb. Planeti bürümüş bu bəla Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan ermənilərdən də yan keçməyib. Bölgə nəzarətsiz qaldığından burda virusa yoluxanlar barədə dəqiq məlumat yoxdur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağda yaşayan və ora yerləşdirilən ermənilər arasında vahimə yaranmaması və onların bölgədən qaçmaması üçün koronavirusa yoluxanların sayı açıqlanmır:
“Bunu bir neçə faktla da təsdiqləyə bilərik. Qonşu İran dünya üzrə pandemiyanın ocaqlarından sayılır. Bu ölkə ilə Ermənistan arasında ticarət əlaqəsi kəsilməyib. İslam Respublikasına məxsus yüklə dolu TIR-lar Ermənistana giriş-çıxış edir. Simpitomları bilinmədiyindən iranlı sürücü və ya biznesmenlərin bu virusun daşıyıcı olub-olmadığı haqqında bir mənalı söz demək mümkün deyil.
Bu yaxınlarda Ermənistandan Qarabağa gələn sürücü 15 nəfəri virusa yoluxdurub. Yaxud İrana məxsus avtomobillərin yanacaqla dolu Qarabağa daxil olması barədə yayılan videoçarx da deməyə əsas verir ki, Azərbaycanın bu bölgəsində erməni vətəndaşları iranlılarla təmasdan virusa yoluxublar.
Koronavirusa yoluxma təhlükəsindən apreldə təmas xəttində monitorinq də keçirilməyib.
Bu kimi faktlar bölgədə infeksiyanın yayıldığını deməyə əsas verir.
Deməli, dünyanın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər separatçıların, Ermənistanın, çürümüş və faşist ermənilik ideologiyasının girovudur. Onların bu buxovdan azad edilməsini ən çox Azərbaycan tərəfi istəyir”.
S.Soltan qeyd edib ki, son zamanlar Qarabağda Ermənistanın iki hərbçisi öldürülüb:
“Onların hər ikisinin öz yoldaşlarının qurbanları olduğu aşkar edilib. Azərbaycan atəşkəsə əməl etsə də, ermənilər Qarabağda bir-birilərinə qəbir qazırlar. Koronavirusla bağlı həqiqətlər gizlədildiyi kimi, erməni əsgərlərin öz-özlərini öldürməsi kimi hadisələr də Qarabağdakı ermənilərdən və Ermənistan ictimaiyyətindən gizlədilir. Heç şübhəsiz Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı reallıq, onun mahiyyəti, ermənilərə xeyri və s. bu kimi üstünlüklər də həmin ictimaiyyətə izah edilmir. Ermənilik kimi faşist ideologiya puç və mənasız olduğu kimi, qonşu dövlətin torpaqlarının işğal altında saxlamaqla güzəşt istəmək də gülünc, məntiqsizdir. Ancaq o da var ki, Rusiya Nikol Paşinyanın və təmsil etdiyi siyasi qüvvənin timsalında Ermənistanın etibarını bir daha gördü”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media