Qarabağda müharibə başlaya bilər: Ermənistanın qıcıqlandırıcı addımları çoxalıb - ŞƏRH
Şəymən Bayramova
13:30 25.02.2020
Qarabağ
920
Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.
Şəhid əsgərimiz Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
"Bundan əvvəl də Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik edəcək addımlar atıb. Son vaxtlar isə Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı qıcıqlanqdırıcı və təhrikedici addımlarını intensivləşdirib".
Bu sözləri düşmənin diversiya qrupunun törətdiyi təxribatı şərh edən "Sherg.az"a hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, ermənilərin təxribat xarakterli hərəkətlər etməsinin məqsədi məlumdur. Yəni münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldıqda və ya atəşkəslə bağlı razılaşma əldə olunduqda, xarici qüvvələrə və separatçılara xidmət edən erməni komandirlər, siyasətçilər dərhal cəbhədə təxribatlara əl atırlar:
"Əsas niyyət isə münaqişənin nizamlanmasının qarşısını almaqdır. Danışıqlar prosesinin sürətləndiyi zaman status-kvonun saxlanılmasında maraqlı olan qüvvələr cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində müxtəlif təxribatlara əl atırlar. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahlarla ordumuza atəş açırlar. Məqsəd isə danışıqları ləngidib, sülh prosesini arxa plana atmaqdır ".
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayan ekspert deyib ki, Ermənistan beynəlxalq hüquq normalarının ziddinə gedərək təmas xəttində gərginlik yaratmaqla, illərdir danışıqlar prosesinə kölgə salır:
“Göründüyü kimi Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir, hər dəfə danışıqlarda cüzi irəliləyiş əldə olunanda, dərhal müxtəlif vasitələrlə danışıqlar prosesini pozur. Artıq Azərbaycanın atacağı addımlar Ermənistanın tutduğu mövqeyə adekvat olmalıdır. Ermənistan anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətin bu şəkildə davam etməsini loyal qarşılamayacaq və əks tədbirlər görəcək. Bununla Ermənistan silahlı qüvvələri ağır zərbələrlə qarşılaşa bilər. Nəticədə düşmənin danışıqlardan yayınmaq üçün həyata keçirdiyi təxribatlar onun xeyrinə işləməyəcək”.
Düşmənin müntəzəm olaraq Azərbaycan Silahlı Qüvvələrini atəşə tutduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, cəbhədə sabitlik yaranmadan Ermənistanla danışıqlar qeyri-mümkündür:
"Nikol Paşinyan Ermənistandakı separatçı qüvvələrin münaqişənin sülh yolu ilə həllinə imkan vermədiklərini açıq şəkildə etiraf edə bilmir. O, Ermənistandakı "hərbi xunta"dan qorxduğu üçün münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda kifayət qədər ehtiyatlı davranır, seperatçı quldur dəstəsinin maraqlarına uyğun açıqlamalar verir. Cəbhədə vəziyyətin bu formada davam etməsi sülh prosesinə ancaq xələl gətirə bilər. Nəticədə ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan yaranmış vəziyyətlə sona qədər razı olmayacaq. Yəni, bizim ölkə şəhid verirsə, artıq Azərbaycan Ermənistanı cəzalandırmaq üçün addım atmalıdır. Bu cür vəziyyət davam etdikcə, müharibə riski artır. Azərbaycan artıq işğal olunmuş ərazilərini özü azad etmək məcburiyyətində qalır. Hesab edirəm ki, Ermənistan tərəfinin tutduğu mövqeyi müharibə riskinin artırılması kimi dəyərləndirmək olar".
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin dalana dirəndiyini vurğulayan hərbi ekspert hesab edir ki,
Cəhbədə baş verən gərginlik, ordumuza qarşı edilən təxribatlardan istifadə edib, 2016-cı ilin aprel ayında baş verən uğurlu döyüş əməliyyatlarını davam etdirməlidir. Bizim üçün qarşıda dayanan başlıca məqsəd də ərazi bütövlüyümüzün bərpasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur