Qarabağdakı bütün su anbarları, stansiyalar yoxlanacaq
Turan
07:38 09.02.2021
Qarabağ
987
Tam hazır obyektləri qənimət kimi iqtisadi dövriyyəmizə cəlb etməkdə maraqlıyıq
Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib. Bu barədə erməni hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib. O bildirib ki, 200 hektarlıq ərazisi olan stansiya Yerevan hökuməti tərəfindən hansısa biznesmenə 30 il müddətinə icarəyə verilibmiş. Stansiya 2018-ci ildə elektrik enerjisi istehsal etmək üçün lisenziya alıb. Ancaq 25 noyabrdan, yəni Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazilərə gəlişindən sonra şirkətin fəaliyyəti dayandırılıb.
Xatırlatmaq yerinə düşər ki, torpaqlarımızın işğaldan azad olunması ilə ərazilərimizdəki bir çox strateji obyektlər, stansiyalar, su anbarları, mədən yataqları Azərbaycanın nəzarətinə keçib. Ekspertlərin fikrincə, yaxın zamanda bütün obyektlər iqtisadi dövriyyəyə cəlb olunacaq. Məlum olduğu kimi, regionun əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir.
Söhbət Sərsəng və Xudafərin SES-lərindən gedir. Sərsəng SES 1976-ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə rayonu ərazisində inşa edilmiş su elektrik stansiyasıdır. Hazırda qeyri-qənaətbəxş vəziyyətdədir.
Lakin stansiyada təmir-bərpa işləri aparıldıqdan sonra istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər. Xudafərin SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.
Aydındır ki, Sərsəng və Xudafərin SES-ləri ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasında, azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadə ediləcək. Azad olunan ərazilərin zəngin su ehtiyatları da ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir.
Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq.
İqtisadçı Fuad İbrahimli “Şərq”ə açıqlamasında deyib ki, azad olunmuş torpaqlarımızda ciddi təftiş aparıldıqdan sonra hansı iqtisadi obyektlərin istifadəyə yararlı olduğu bəlli olacaq. Ekspertin sözlərinə görə, müvəqqəti olaraq ermənilər tərəfindən istifadə və istismar olunmuş stansiyaların, su anbarlarının nə dərəcədə effektli olması yoxlanmalıdır:
“Müasir dövrün tələblərinə cavab verən külək və su elektrik stansiyalarının, o cümlədən digər obyektlərin istifadəsi həm mümkün, həm də vacibdir. Dövrün tələblərinə cavab verməyən yararsız stansiyalar isə yoxlama və təmir-bərpa işlərindən sonra işə salına bilər.
Həmin stansiyaların ekoloji təhlükə yaradıb-yaratmadığı mütləq müəyyən olunmalıdır.
Tam hazır obyektləri qənimət kimi iqtisadi dövriyyəmizə cəlb etməkdə maraqlıyıq. Ermənistanla 44 günlük müharibə zamanı işlək vəziyyətdə xeyli hərbi texnikanı qənimət götürdük. Onları məhv etmədik ki?! Əksinə, rənglərini dəyişib hərbi arsenalımıza qatdıq.
Torpaqlarımızdakı bütün strateji obyektlər, müəssisələr də bizə məxsusdur və iqtisadi standartlarımıza uyğun gələnlərdən maksimum faydalanacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media