Qondarma seçkilərə sərt təpki: “Azərbaycan hərbi, siyasi təzyiqlərini gücləndirməlidir”
Şəymən Bayramova
07:55 01.04.2020
Qarabağ
1036
Vasif Əfəndiyev: "Azərbaycan hakimiyyəti bu saxta seçkilərin qınanması üçün beynəlxalq ictimaiyyətdən tələblərini daha da artırmalıdır”
Azərbaycanın erməni separatçıları tərəfindən işğal olunmuş ərazilərində keçirilən qondarma seçkilər qanun çərçivəsində deyil. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma seçkilər həm qanunlara, həm beynəlxalq hüquq normalarına, həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının maraqlarına ziddir.
Politoloq Vasif Əfəndiyev isə Dağlıq Qarabağda keçirilən qondarma respublikanın saxta seçkiləri barədə ciddi təhlil vermək fikrində olmadığını deyib. O “Sherg.az”a bildirib ki, bu seçkiləri Azərbaycan xalqı tanımır:
“Namizədlərin şansları və sair barədə təhlilllər vermək niyyətim yoxdur. Çünki iddialı namizədlərin hər ikisi hazırkı saxta prezident Bako Saakyan və onun rəqibi Eduard Aqabekyan hərbi canidirlər. Onlar prezident kreslosunda deyil müttəhimlər kürsüsündə oturmalıdırlar. Xaricdəki Azərbaycan düşmənləri həm fərdi, həm də hakimiyyətlərinin dəstəyi bu seçkilərə müəyyən dərəcədə legitimlik tanıtdırmağa cəhd edəcəklər. Əvvəlki illərdə olduğu kimi müxtəlif dövlətlərin parlament nümayəndələri və bir sıra "müstəqil seçki institutları" müşahidəçi qismində iştirak edəcəklər. Mən hətta bu təşkilatların adlarını belə sadalamayacağam. Əsasən mənzərə aydındır və hansı dövlətlərdən dəstəyin olacağı da məlumdur. İlk növbədə Azərbaycan hakimiyyəti öz qəti mövqeyini ortaya qoymalıdır və bu qondarma seçkilərin qınanması üçün beynəlxalq ictimaiyyətdən tələblərini daha da artırmalıdırlar. Dünyada yaranmış pandemiya böhranı bizi bir anda olsa, məqsəddən yayındırmamalıdır. Düşmən bir daha sübut etdi ki,onlar bu məsələdə sona qədər dayanacaqlar.Lakin hesab edirəm ki, Azərbaycan hərbi və siyasi təzyiqləri artırmalıdır. Pandemiya krizisi bitənədək müəyyən hazırlıqlar görməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya