Rusiya Qarabağla bağlı ssenari işə salır ! – “Prosesin başında Lavrov durur...”
Turan
13:05 22.08.2020
Qarabağ
1107
“Rusiya tərəfi çalışır ki, yenidən Minsk qrupunun həmsdərlərinin iştirakı ilə danışıqları bərpa etsin”
“Görünür, Kreml Türkiyənin aktiv şəkildə fəaliyyətindən narahatdır”
“Buna görə də danışıqları bərpa etməklə yenidən manipulyasiyanı davam etdriməyə çalışır”
“Cəbhə xəttində Ermənistanın möhkəmlənməsinin qarşısı alınmalı və düşmənə lokal zərbələr endirilməlidir”
Bu sözləri “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, may ayından bəri Ermənistanla Azərbaycan arasında Qarabağ danışıqları faktiki dayanıb:
“Prezident İlham Əliyev haqlı olaraq danışıqların mənasız olduğunu açıqladı. Çünki belə danışıqlar yalnız işğalçı ölkənin maraqlarına xidmət edir.
Rəsmi İrəvanın Tovuz təxribatı və Qarabağda məskunlaşdırma siyasəti bütövlükdə münaqişənin həllində istənilən həll variantının üstündən xətt çəkir və danışıqlar üçün yer qoymur.
Haqlı olaraq Azərbaycan tərəfi Türkiyə ilə birgə hərbi təlimlər keçirərək müharibə varinatına üstünlük verəcəyi mesajını ötürür. Bölgədə situasiya gərgindir. İstənilən an müharibənin başlanması mümkündür. Türkiyə ilə birgə hərbi təlimlər rəsmi Bakının çevik diplomatik uğurudur.
Rusiya tərəfi çalışır ki, yenidən Minsk qrupunun həmsdərlərinin iştirakı ilə danışıqları bərpa etsin. Bu prosesin başında Lavrov durur və bu, Ermənistanın xahişidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların tezliklə bərpa olunması barədə çalışdıqlarını qeyd edir. Görünür, Kreml Türkiyənin aktiv şəkildə fəaliyyətindən narahatdır. Məhz buna görə də danışıqları bərpa etməklə yenidən manipulyasiyanı davam etdriməyə çalışır”.
Analitikin fikrincə, ümumiyyətlə Rusiya danışıqlarda səmimi deyil:
“Çünki son bir ayda Ermənistana tonlarla silah-sursat göndərib və bu, Azərbycana qarşı təzyiq kimi planlaşdırılıb. Azərbaycan Rusiya XİN rəhbərinin moderatorluğu ilə başladılan danışıqlara getməməli, yalnız Ankara ilə hərəkət etməlidir.
Ermənistanın bütün şərtlərinə qarşı çıxmalıyıq. Rusiya yenidən Qarabağla bağlı ssenarini işə salır. Minsk formatı çərçivəsində aparılacaq danışıqlar əvvəlki kimi status-kvonu qorumağa hesablanıb. Bu arada Ermənistan hakimiyyəti Xankəndi və Əsgəran arasında yeni yol çəkir.
İnfrasturukturu təkmilləşdirir və Livandan ermənilərin köçürülməsini təşkil edir. Rusiyadan Ermənistana daşınan silahların bir hissəsi Tovuzda, digər hissəsi işğal olunmuş ərazilərdə yerləşdirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz