Tarixi şans yaranıb ! – “Torpaqlarımızı işğaldan azad edək”
Fidan Həmişəyeva
14:46 14.09.2020
Qarabağ
1286
Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT)ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət ediblər. QHT-lər Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
“Müşahidələrimizə görə, Ermənistan bəzi Yaxın Şərq ölkələrindən erməni əhalisini Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz köçürməyə cəhd edir. İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarımızda təcavüzkar Ermənistanın qanunsuz fəaliyyətləri və məskunlaşma siyasəti bir çox Azərbaycan QHT-ləri arasında müzakirə olunur. Bu, beynəlxalq təşkilatlara müraciət etməyimizə qərar verməyə səbəb oldu”.
Sözügedən müraciətlə bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, 30 ildir, ermənilərin qanunsuz əməllərinə qarşı beynəlxalq təşkilatlara, parlament və dövlətlərə bəyanatlar veririk. Eyni zamanda düşməndən bu bəyanatlara hansısa reaksiya verilməsini gözləyirik.
R.Zeyninin sözlərinə görə, 25 ildir ki, BMT-nin qətnamələri yerinə yetirilmir:
“30 ildir, beynəlxalq ictimaiyyətin səsi eşidilmir. Ermənistana bir dənə də olsun sanksiya verilməsinin şahidi olmadıq. Dünyada haqq-ədalətdən, sülhdən, demokratiyadan danışan qurumların heç biri Ermənistana təsir göstərmək fikrində deyil. Düşmən bəzi güc mərkəzləri tərəfindən bəslənilir. Ona görə də hansısa bəyanatlar verilməlidir. QHT olaraq beynəlxalq ictimaiyyətdən tələb edirik ki, adekvat tədbirlər görsünlər. Təəssüf ki, bu müraciətlərə reaksiya vermir”.
“Belə bir məqamda nə etməliyik?” sualına gəlincə, MQF prezidenti maraqlı bir məqamı diqqətə çatdırıb:
“Hələ 100 il bundan öncə Əhməd bəy Ağaoğlu kimi tarixi şəxsiyyətlərin, “Difai partiyası”nı quran Cümhuriyyət qurucularının belə bir rəyi var idi: “Daşnaksütun zehniyyəti ilə hər hansı bir danışıq heç bir effekt vermir. Onları yalnız hərb və silah gücü ilə yerində otuzdurmaq lazımdır. Ondan sonra biləcəklər ki, Azərbaycan haqlıdır”.
Dəfələrlə demişəm ki, “İrəvan” deməsək, Qarabağı bizə verməyəcəklər. Düşünürəm ki, dövlətimizin apardığı işlər, Ali Baş Komandanımız cənab İlham Əliyevin milli bəşəri və mütərəqqi siyasəti öz effektini verəcək.
Yaxın gələcəkdə bunun şahidi olacağıq. Ölkəmizi inkişafı, çoxtərəfli beynəlxalq əlaqələrin qurulması, Azərbaycanın bir neçə beynəlxalq təşkilatda layiqli yer tutması çoxlarına bəllidir.
Beynəlxalq miqyasda ölkəmiz apardığı siyasətlə nüfuz qazanıb, regionda lider dövlətə çevrilib, ordumuzu çox qüdrətlidir. Xalq-dövlət-Prezident birliyi yüksək səviyyədədir. Xalqımızın ölkənin ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olması tarixi bir şans yaradır ki, torpaqlarımızı işğaldan azad edək”.
R.Zeyni vurğulayıb ki, bütün bəyanatlar və müraciətlərin məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır:
“Onsuz da ermənilər 1801-ci ildən Livan və başqa yerlərdən Dağlıq Qarabağa köçürülüblər. Ermənilər ömrü boyu kiminsə torpağını, mədəniyyətini, adət-ənənələrini, mətbəxini oğurlayıb nəsə düzəltməyə çalışan bir icmadır. Adamın onlara xalq, millət və dövlət deməyə dili gəlmir. Çünki yalan üzərində qurulublar. Bütün bunları təhlil edib dövlət və xalq olaraq təsirli tədbirlər görməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat