Təlimlərdən sonra düşmənə dərs verməyin zamanıdır
Turan
08:21 05.08.2020
Qarabağ
1638
Hətta bundan sonra danışıqlar bərpa olunsa belə Azərbaycan güclü tərəf olacaq və öz tələblərini diktə edəcək
Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimlər davam edir. İyulun 29-da başlayan təlimlər avqustun 10-dək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum vertolyotları, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistan təlimləri təşvişlə izləyir.
Naxçıvanda keçirilən birgə təlimlər zamanı F-16 qırıcılarının İrəvana hava zərbəsi məsafəsinə qədər yaxınlaşdığı deyilir. Bildirilir ki, Türkiyə tərəfi öz qırıcılarını düz İrəvana istiqamətləndirib və Ermənistan paytaxtına 56 kilometr qalmış geri qayıdıb. 56 kilometrlik məsafə aviasiya raketlərinin zərbə radiusu sayılır. Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 vertolyotu da uçuş keçirib. Vertolyotlar Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, lakin sərhədi pozmayıb.
Düşməni lərzəyə salan təlimlərlə bağlı “Şərq”ə danışan “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, təlimlər zamanı hansısa hərbi əməliyyatlar aparıla bilməz. Ancaq ekspert təlimlər başa çatdıqdan sonra düşmənə dərs veriləcəyini güman edir:
“Qarabağ istiqamətində ortaq hərbi əməliyyatların başlayacağı ehtimal olunur və ictimaiyyət tərəfindən tələb edilir. Birgə təlimlərin Rusiya-Ermənistan hərbi təlimlərinin ardınca başlaması Moskvaya cavab mesajıdır və çox cəsarətli addımdır. Təlimlərdən sonra işğal altında olan torpaqlarımızın bir qismi azad edilməli, düşmən türkün birgə gücünü dadmalıdır. Hətta bundan sonra danışıqlar bərpa olunsa belə Azərbaycan güclü tərəf olacaq və öz tələblərini diktə edəcək.
Nə qədər ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin başındadır və qardaş ölkə güclənməkdə davam edir, Azərbaycan yaxşı mənada bundan istifadə etməlidir. Yaranmış fürsətdən maksimum yararlanmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil