The Wall Street Journal: “Azad olunmuş ərazilərdə dağıntıların miqyası çox böyükdür”
18:25 15.02.2021
Qarabağ
732
“The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq-Qarabağı işğalı nəticəsində didərgin düşmüş insanlar və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük mübarizədən bəhs edən məqalə dərc edib.
APA-nın verdiyi xəbərə görə, nəşrin əməkdaşı Ann Simmonsun müəllifi olduğu məqalədə, həmçinin, ərazilərin viran qoyulması məsələsinə toxunulub.
Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə təcavüz edərək minlərlə azərbaycanlını ev-eşiklərindən didərgin salmasından təqribən 30 il keçir: “Ötən ilin payızında Azərbaycanın öz ərazilərini bərpa etməsindən sonra köçkün düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər. Yurd-yuvasına dönmək eşqi ilə yaşayan, evində daşı-daş üstündə qalmayan insandan biri də Sayalı Paşayeva və onun ailəsidir”.
“Allaha çox şükür ki, öz yurduma qayıdıb, torpağımda ölə bilmək imkanım oldu”, Qarabağın işğalı ilə köçkün düşən 40 min ağdamlıdan biri olan 74 yaşlı S.Paşayeva deyib.
Ağdamda ikimərtəbəli evi olan Paşayevlər ailəsi münaqişədən sonra Bakıya köçməyə məcbur qalır: “Biz 30 il idi ki, bu anı gözləyirdik. Sayalı xanımın oğlu 45 yaşlı Ələstun deyir ki, 6 həftəlik müharibə nəticəsində Azərbaycan Ağdam və digər rayonların işğalına son qoydu. Azad olunmuş ərazilərdə dağıntıların miqyası çox böyükdür”.
Məqalədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə də istinad edilir: “Azad olunmuş ərazilərdə 150 mindən çox ev, 9 mindən çox inzibati bina, 7 yüzdən çox məktəb binası tarı-mar edilib. Ərazilərdə hələ də xeyli sayda minalar və partlamamış sursatlar qalmaqdadır. Dəmir yolu və aeroportlar dağıdılıb, yol infrastrukturu yararsız hala salınıb ki, bu da ərazilərin bərpa işlərinə əngəl yaradır”.
Münaqişə nəticəsində öz yurdundan didərgin düşənlərdən biri də Elxan Xanəlizadədir. O, yerli mətbuatda senari müəllifi kimi çalışır. Füzuli işğala məruz qalanda onun 13 yaşı olub.
Rayonlarında o dövr üçün qabaqcıl kinoklub olduğunu deyən Elxan həmin kinoklubda Tarzan və s. xarici filmlərə baxdıqlarını bildirir. “82 yaşlı atam öz evinə geri dönməyin həsrəti ilə yaşayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə