Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”
06:48 09.06.2020
Qarabağ
951
“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb”.
Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejimin “başçısı”nın açıqlaması ilə bağlı şərhində deyib.
T.Gəncəliyev bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj Sarqsyan və Robert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurların əlaltısı olmaqla özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur:
“Qondarma və oyuncaq rejimin “başçısı” yaxşı anlayır ki, o və onun kimilərin Azərbaycan Respublikası qanunları qarşısında mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçış mümkün olmayacaq.
Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, ərazinin erməni sakinləri işğalçı rejimin əsarətində yaşamağa məcbur ediliblər.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Dağlıq Qarabağ bölgəsi Arayik kimi “oyuncaq”lardan təmizlənəcək. Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Republikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq