"Vətəndaşlarımız həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir" - Deputat
Fidan Həmişəyeva
14:18 18.10.2020
Qarabağ
648
Son günlər Gəncə şəhəri Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı Azərbaycan xalqının müqavimət rəmzinə çevrilib. Bunu oktyabrın 16-dan 17-nə keçən gecə baş verən qanlı hadisələr bir daha sübut etdi. Gecə saat 01:00 radələrində terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin yenidən raket atəşinə tutuldu. Bu hadisə nəinki vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
Ermənistanın xalqımıza qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmağa nail olmaq cəhdləri növbəti dəfə iflasa uğradı. Gəncə əhalisi, ümumilikdə bütün xalqımız bu ağır günlərdə heç vaxt olmadığı kimi nikbindir.
Düşmənin Gəncədəki vandalizmini “Sherg.az” şərh edən millət vəkili Müşfiq Məmmədli bildirib ki, vətəndaşlarımız həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir. Milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər.
Parlament üzvü qeyd edib ki, böyük qələbəyə köklənmiş Azərbaycan xalqından və müzəffər ordumuzdan fərqli olaraq, Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib:
“Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq qalibiyyətli Azərbaycan Ordusunun qarşısıalınmaz əks-hücumları nəticəsində müqavimət qabiliyyətini tamamilə itirən Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Eyni zamanda, bu gün cəbhədə bir-birini əvəz edən ardıcıl məğlubiyyət sindromu iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində baş nazir Nikol Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Pərakəndə vəziyyətdə olan ordunun şəxsi heyətində baş verən ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır. Artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar”.
Millət vəkili vurğulayıb ki, düşmən ölkədə əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir:
“Ölkədə və orduda mövcud olan son dərəcə acınacaqlı vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu qoymur. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa cəhd göstərir. Paşinyan bu çabalarının heç bir nəticə vermədiyini anlayır. Onun yırtıcı komandası döyüş meydanında uğradığı ağır məğlubiyyəti Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrinə, o cümlədən Gəncədə günahsız mülki vətəndaşalara qarşı gecəyarısı xaincəsinə raket hücumları ilə konpensasiya etməyə çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət